Mühasib - INEO Group

Местоположение: Bakı

Ineo Group Azərbaycanda Jacadi Paris, Yves Rocher və Mayoral kimi Avropa brendlərinin rəsmi və eksklüziv nümayəndəsidir. Hazırda biz şirkətin maliyyə əməliyyatlarının düzgün idarə olunmasına, kassa vəsaitlərinin uçotuna və maliyyə intizamının təmin edilməsinə cavabdeh olacaq Mühasib axtarırıq. Vəzifə öhdəlikləri: Nağd pul vəsaitlərinin bank hesablarına daxil edilməsi, qəbulu, təhvili və təyinatı üzrə istifadəsinin təmin edilməsi  Kassaya mədaxil və məxaric əməliyyatlarının aparılması  Kassa kitabının düzgün tərtibi və pul vəsaitlərinin təhlükəsiz saxlanılması  Gündəlik nağd əməliyyatların icrası  Satış çeklərinin gündəlik yoxlanılması Müqavilələrin, aktların, QRP, e-qaimə, digər sənədlərin hazırlanması və yoxlanılması İnkassasiya əsasında pul vəsaitlərinin hərəkətinə nəzarət  Mağazalararası pul vəsaitlərinin yerdəyişməsinin təşkili  Nağd pul vəsaitləri ilə bağlı bütün əməliyyatların qanunvericiliyə uyğun sənədləşdirilməsi  Debitor və kreditorlarla üzləşmələrin aparılması Nağd əməliyyatların 1C proqramında işlənməsi  Nağd pul vəsaitlərinin hərəkəti üzrə hesabatların hazırlanması  Namizədə tələblər: İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil  23–35 yaş aralığında xanım və ya bəy namizəd  Xəzinə sahəsində minimum 5 il iş təcrübəsi (şəbəkə mağazaları sahəsində üstünlükdür)  Azərbaycan dili – səlis  Rus dili – səlis  İngilis dili – orta səviyyə  Word, Excel, Outlook, 1C proqramlarında işləmək bacarığı  Müvafiq qanunvericilik bilikləri  Analitik düşüncə və rəqəmlərlə işləmə bacarığı İş şəraiti İş qrafiki: 5/2, 08:00-17:00  Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq müsahibə əsasında təyin olunacaqdır. Maraqlanan namizədlərdən mövzu sətrində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV göndərmələri tələb olunur.