Yüklənir...
Местоположение: Bakı
Təsvir: Qurum əməkdaşlarından telefon, e-poçt və ITSM tapşırıq sistemi (ServiceNow və ya digər) vasitəsilə daxil olan müraciətlərin qəbul edilməsi, qeydiyyata alınması, kateqoriyalaşdırılması və prioritetləşdirilməsi; Birinci səviyyədə (L1) həll olunmayan insidentlərə ikinci səviyyə (L2) texniki dəstəyin göstərilməsi; SLA müddətlərinə riayət olunmasının təmin olunması və insidentlərin vaxtında bağlanmasına nəzarət edilməsi; Həll edilməyən nasazlıqların prosedur qaydalara uyğun olaraq üçüncü səviyyəyə (L3) və ya aidiyyəti şöbələrə eskalasiya edilməsi; Personal kompüterlərə, printerlərə, skanerlərə və digər ofis avadanlıqlarına texniki dəstəyin göstərilməsi; Avadanlıqların quraşdırılması, əməliyyat sistemlərinin, drayverlərin və tələb olunan proqramların yazılmasının həyata keçirilməsi; Ofis avadanlıqlarında baş verən nasazlıqların yerində diaqnostikasının və bərpasının aparılması; Yeni iş yerlərinin infrastruktur baxımından hazırlanması və mövcud iş yerlərinin köçürülməsi işlərinin icra edilməsi; Planlı profilaktik texniki xidmət işlərinin yerinə yetirilməsi; Daxili və internet şəbəkəsində yaranan problemlərin ilkin diaqnostikasının aparılması (IP konfiqurasiyası, DNS, DHCP, şəbəkə bağlantısı problemləri); VPN və uzaqdan giriş xidmətləri üzrə istifadəçilərə texniki dəstəyin göstərilməsi; İstifadəçi hesablarının idarə edilməsinin həyata keçirilməsi (Active Directory, MFA, hüquqların verilməsi/geri alınması); İşdən çıxan əməkdaşların hesablarının deaktivasiya prosesinə uyğun olaraq bağlanması; Qurum daxilində məlumat təhlükəsizliyi siyasətlərinə riayət olunmasına nəzarət edilməsi; Ofis avadanlıqlarının inventarlaşma prosesində iştirak edilməsi; CMDB / asset management sistemində avadanlıq məlumatlarının daxil edilməsi və yenilənməsi; Avadanlıqların və hissələrin akt əsasında anbara təhvil-təslim edilməsi; Sərfiyyat materiallarının (kartric, toner və s.) vaxtında yenilənməsi üçün təchizat şöbəsi ilə koordinasiya aparılması; Həll edilmiş insidentlər üzrə həll yollarının bilik bazasına (Knowledge Base) daxil edilməsi; Texniki təlimatların və istifadəçi bələdçilərinin hazırlanması; Aylıq insident statistikası, SLA performansı və avadanlıq vəziyyəti üzrə hesabatların hazırlanması; Təkrarlanan problemlərin müəyyən edilməsi və kök səbəb təhlili (Root Cause Analysis) prosesində iştirak edilməsi; Əməkdaşlara əsas ofis proqramları və informasiya təhlükəsizliyi qaydaları üzrə qısa təlimatların verilməsi; Yeni işə başlayan əməkdaşların İT onboarding prosesinin həyata keçirilməsi; Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi. Tələblər: Windows və Linux əməliyyat sistemləri üzrə sərbəst biliyə; minimum 2 il iş stajı; Active Directory, GPO, DNS, DHCP, TCP/IP üzrə əməli təcrübə; ITSM alətləri (ServiceNow və ya analoqu) ilə iş təcrübəsi; Ofis avadanlıqlarının (PC, printer, skaner) quraşdırılması və təmiri üzrə bilil; VPN, uzaqdan giriş texnologiyaları ilə tanışlıq; Monitorinq alətləri ilə iş təcrübəsi (üstünlük); ITIL Foundation sertifikatı və ya müvafiq biliyə (üstünlük); Azərbaycan dilində sərbəst ünsiyyyət bacarığı, ingilis dili (texniki sənədləri oxumaq səviyyəsində); Vakansiya haqqında: Vakansiya növü Tam ştat Təcrübə 1-2 il Vəzifə dərəcəsi Mütəxəssis Təhsil Bakalavr Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.