Büdcə və hesabatlılıq üzrə mütəxəssis - A+CO ASC

Местоположение: Bakı

“A+CO” ASC “Büdcə və hesabatlılıq üzrə mütəxəssis” vəzifəsi üzrə işçi axtarışı elan edir.  Vəzifə öhdəlikləri: Müəssisənin illik və dövri büdcələrinin hazırlanmasında iştirak etmək; Büdcə üzrə kənarlaşmaları təhlil etmək  Aylıq, rüblük və illik maliyyə və idarəetmə hesabatlarını hazırlamaq; Struktur bölmələrdən büdcə və hesabatlılıq üçün zəruri məlumatları toplamaq və təhlil etmək; Plan və faktiki göstəricilərin müqayisəli təhlilini aparmaq, kənarlaşmaları müəyyən etmək və səbəblərini araşdırmaq; Gəlir və xərc göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq; Hesabat məlumatlarının düzgünlüyünü, tamlığını və vaxtında təqdim olunmasını yoxlamaq; Rəhbərlik tərəfindən tələb olunan operativ və xüsusi təyinatlı hesabatları hazırlamaq; Hesabatlılıq proseslərinin təkmilləşdirilməsi, hesabat formalarının standartlaşdırılması və avtomatlaşdırılması istiqamətində iştirak etmək; Hesabatların müəyyən edilmiş forma və müddətlərə uyğun hazırlanmasına nəzarət etmək. Namizədə dair tələblər: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahələr üzrə ali təhsil; Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi (üstünlükdür); Büdcə planlaşdırılması və maliyyə hesabatlılığı üzrə biliklər; Maliyyə və iqtisadi göstəricilərin təhlili bacarığı; Microsoft Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; Maliyyə və mühasibat uçotu prinsipləri haqqında biliklər; Analitik düşünmə, detallara diqqət və rəqəmlərlə işləmək bacarığı; Komandada işləmək və vaxtın düzgün idarə edilməsi bacarığı; Məsuliyyətlilik, dəqiqlik və operativlik. Üstünlük hesab olunur: Logo , ERP və digər maliyyə idarəetmə proqramları ilə işləmək təcrübəsi; Power BI üzrə biliklər; Büdcə planlaşdırılması və proqnozlaşdırılması təcrübəsi; MHBS (IFRS) və maliyyə hesabatlılığı üzrə biliklər. Şəxsi keyfiyyətlər: Analitik və məntiqi düşünmə; Dəqiqlik və diqqətlilik; Təşəbbüskarlıq; Məxfi məlumatlarla işləmək bacarığı. İş şəraiti:  İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu) ; İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük;  Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Əmək haqqı  - Bilik və bacarıqlara uyğun təyin olunacaq Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ Büdcə və hesabatlılıq üzrə mütəxəssis ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.