Sahə rəisi - Avrora

Местоположение: Bakı

Əsas vəzifə öhdəlikləri: Təsdiq edilmiş layihə, iş qrafiki, texniki şərtlər və təhlükəsizlik qaydalarına uyğun işlərin icrasının təmin edilməsi; Sahədə çalışan işçilərin, ustaların və texnikanın fəaliyyətinin koordinasiya edilməsi; Gündəlik iş planını hazırlanması və işlərin vaxtında yerinə yetirilməsinə nəzarət edilməsi; Layihə ilə bağlı sahə məlumatlarının toplanması, analiz edilməsi və sifarişçiyə hesabatların təqdim edilməsi; İş zamanı istifadə olunan materialların layihə və texniki tələblərə uyğunluğunun yoxlanılması; Keyfiyyətə nəzarət üzrə mühəndis və laboratoriya əməkdaşları ilə koordinasiyalı işlənilməsi; Layihə planlarında və icrasında baş verən dəyişikliklərin sənədləşdirilməsi. Tələb olunan bilik və bacarıqlar: Monolit, yol, hörgü, fasad və daxili tamamlama işləri üzrə praktiki biliklər; Layihə-smeta sənədlərini, texniki çertyojları və işçi layihələri oxumaq bacarığı; Tikinti norma və qaydaları, keyfiyyət standartları və əməyin mühafizəsi tələblərini yüksək səviyyədə bilmək; AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;  Güclü liderlik, planlaşdırma, təşkilatçılıq və qərarvermə bacarığı; Məsuliyyətli, operativ, nəticəyönümlü və komandada işləmək bacarığı. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Təhsil: Ali təhsilli (İnşaat Mühəndisliyi və ya müvafiq sahə üzrə) İş təcrübəsi: Tikinti sahəsində minimum 5 il iş təcrübəsi; İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş yeri: Hökməli, Avrora Sənaye Parkı. İş saatı: 09:00-18:00 Biz nə təklif edirik: Peşəkar komanda mühiti; Təlim və inkişaf imkanları; Şirkət hesabına korporativ nömrə; Nahar təminatı. Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Sahə rəisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.