Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə və öhdəliklər Avtomatik kəsim dəzgahlarının təhlükəsiz və düzgün şəkildə idarə olunmasını təmin etmək; Üfüqi çənlərin qaynaq tikişlərinin avtomatik qaynaq avadanlığı vasitəsilə həyata keçirilməsini idarə etmək; Tozaltı qaynaq avadanlığının düzgün sazlanmasını və iş rejiminə uyğun istifadəsini təmin etmək; Qaynaq parametrlərini verilmiş texniki tələblərə və təsdiq edilmiş qaynaq prosedurlarına uyğun tənzimləmək; Qaynaq işləri zamanı avadanlığın düzgün işləməsinə və qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək; Qaynaq işlərində istifadə olunan materialların və sərfiyyat vasitələrinin düzgün istifadəsini təmin etmək; Qaynaq avadanlıqlarının, avtomatik dəzgahların və iş sahəsinin təmizliyini təmin etmək; Qaynaq avadanlıqlarının gündəlik texniki baxışını və əsas texniki qulluq işlərini həyata keçirmək; Avadanlıqlarda aşkar edilmiş nasazlıqlar barədə dərhal rəhbərliyə məlumat vermək; Qaynaq avadanlıqlarını daim istismara hazır vəziyyətdə saxlamaq; İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və SƏTƏM tələblərinə ciddi riayət etmək; Qaynaq işlərinin təsdiq edilmiş texnologiyaya, cizgilərə və texniki tələblərə uyğun yerinə yetirilməsini təmin etmək; Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Tozaltı qaynaq (SAW) üzrə müvafiq peşə təhsili və ya sertifikat; Avtomatik qaynaq avadanlığı ilə işləmək üzrə praktiki təcrübə; Çənlərin, metal konstruksiyaların və iriölçülü metal məmulatların qaynağında təcrübə; Üfüqi çənlərin qaynaq işləri üzrə təcrübə üstünlükdür; Qaynaq avadanlığının sazlanması və iş parametrlərinin tənzimlənməsi üzrə bilik; Qaynaq prosedurları və texniki tələbləri oxuma və tətbiq etmə bacarığı; Qaynaq avadanlıqlarına gündəlik texniki qulluq və ilkin nasazlıqların müəyyən edilməsi üzrə bacarıq; SƏTƏM və təhlükəsizlik qaydalarını bilməli və onlara riayət etməli; Diqqətli, məsuliyyətli və intizamlı olmalı; Komanda ilə işləmək bacarığı. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.