Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Tikinti sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına gündəlik nəzarət etmək; Yüksəkmərtəbəli bina tikintisində hündürlükdə işlər, qaldırıcı mexanizmlər (qüllə kranları, yük qaldırıcıları), iskələ və qəlib sistemləri üzrə təhlükəsizlik tələblərinin icrasını təmin etmək; Risk qiymətləndirilməsi aparmaq, JSA (Job Safety Analysis) və digər təhlükəsizlik sənədlərini hazırlamaq və yeniləmək; Tikinti sahəsində təhlükəli vəziyyət və davranışları aşkar etmək, uyğunsuzluqları sənədləşdirmək və aradan qaldırılması üçün tədbirlər görmək; Gündəlik, həftəlik və aylıq SƏTƏMM yoxlamaları keçirmək, hesabatlar hazırlamaq; İşə yeni qəbul olunan əməkdaşlar və podratçı işçilər üçün giriş və dövri təhlükəsizlik təlimləri keçmək; İş icazələri (Work Permit) sisteminə nəzarət etmək; İstehsalat qəzaları və hadisələrinin araşdırılmasını aparmaq, səbəbləri təhlil etmək və profilaktik tədbirlər hazırlamaq; FHN, Əmək Müfəttişliyi və digər dövlət qurumlarının tələblərinə uyğunluğun təmin edilməsində iştirak etmək; Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək; Tikinti sahəsində yanğın təhlükəsizliyi, fövqəladə hallar üzrə hazırlıq və təxliyə planlarının icrasında iştirak etmək; SƏTƏMM üzrə daxili prosedur, təlimat və hesabatların hazırlanması və yenilənməsini təmin etmək. Namizədə tələblər Ali təhsil (Texniki təhsil üstünlükdür); Yüksəkmərtəbəli bina tikintisi sahəsində minimum 3 il SƏTƏMM üzrə iş təcrübəsi (mütləqdir); Baş podratçı və ya iri tikinti layihələrində iş təcrübəsinə üstünlük verilir; FHN tərəfindən verilmiş "Sənayedə texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normaları" üzrə qüvvədə olan sertifikat; Əlavə SƏTƏMM, IOSH, NEBOSH, OSHA və ya digər beynəlxalq sertifikatların olması üstünlükdür; Azərbaycan Respublikasının Əmək Məcəlləsi, "Əməyin mühafizəsi haqqında" qanunvericiliyi və tikintidə təhlükəsizlik normalarını yaxşı bilmək; Risk qiymətləndirilməsi, hadisələrin araşdırılması və hesabatların hazırlanması bacarığı; Microsoft Office proqramlarında sərbəst işləmək; Məsuliyyətli, intizamlı, operativ qərarvermə və ünsiyyət bacarıqlarına malik olmaq. İş şəraiti İş rejimi: Həftədə 6 iş günü; İş saatı: 08:00 – 17:00; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Nahar şirkət tərəfindən təmin edilir; İş yeri: Xırdalan şəhəri, Blue City yaşayış kompleksi; Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək. Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "SƏTƏMM üzrə mütəxəssis" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.