Yüklənir...
Местоположение: Bakı
Ərazi: Bakı İş barədə məlumat: Əmək qanunvericiliyinə və daxili qaydalara uyğun olaraq işə qəbul, xitam və vəzifə dəyişikliyi proseslərinin həyata keçirilməsi; İşçilərin şəxsi işlərinin formalaşdırılması, qaydaya salınması İşdən çıxan əməkdaşlarn əmək kitabçalarının yazılması və təhvil verilməsi Əmək haqqı, məzuniyyət, ezamiyyət və digər HR əməliyyatları ilə bağlı məlumatların toplanmasında və hazırlanmasında dəstək göstərmək HR hesabatlarının (işçi sayı, məzuniyyət qalığı) hazırlanması Kadr informasiya bazasının hazırlanması və dəyişikliklərin qeydiyyatının aparılması; Məzuniyyət cədvəlinin nəzarətdə saxlanılması, işçilərin məzuniyyətlərini istifadə etmələrinin təmin edilməsi; Daxil olan CV-lərin təhlil edilməsi və uyğun namizədlərin seçilməsi Aylıq davamiyyətlərin idarə olunması, tabellərin toplanması və təqdim olunması; İnsan Resursları şöbəsinin gündəlik işlərinin icrasında nəzarət edilməsi Əsas tələblər: Staj: 2-3 il Yaş: 24 dən yuxarı Ali təhsil (bakalavr) Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür). Azərbaycan Respublikası Əmək Qanunvericiliyini bilmək ƏMAS portalından istifadə etmə bacarığı Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək. İş şərtləri: İş qrafiki: Həftənin 5 günü (Həftə içi 09:00-dan 18:00 dək) İstirahət günü: Şənbə, bazar. Əmək haqqı: 800 AZN Sınaq müddəti: 3 ay Cv formasında şəkil olması mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resusrsları üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.