Satış təmsilçisi - Caspident

Местоположение: Bakı

İş haqqında məlumat:  Şirkətin tibbi məhsul və avadanlıqlarının satışını təmin etmək; Müəyyən olunmuş satış planı və hədəflərinə uyğun olaraq fəaliyyət göstərmək; Yeni müştərilərin cəlb olunması və mövcud müştəri portfelinin idarə olunması; Tibb müəssisələrinə (xəstəxanalar, klinikalar, və s.) məhsulların təqdimatı və satışının təşkili; Ərazidə müntəzəm şəkildə müştəri ziyarətləri həyata keçirmək; Satışa təqdim olunan məhsullar və avadanlıqlar haqqında ətraflı və dəqiq məlumata malik olmaq; Müştərilərə məhsulun funksiyaları, istifadəsi, üstünlükləri barədə məlumat vermək və onları maarifləndirmək; Ziyarət edilmiş müştərilər, əldə olunan sifarişlər və gələcək planlar haqqında sənədləşmənin aparılması; Müştərinin tələbatına uyğun məhsul təqdimatı etmək; Seçilmiş məhsul haqqında müştəriyə tam və ətraflı məlumat vermək; Tələblər:    Ali  və ya orta ixtisas təhsilli olmalı; Komandada işləmək bacarığı olmalı; Satış və ya müştəri xidmətləri sahəsi üzrə 1 ilə qədər iş təcrübəsi olmalı; Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması arzuolunandır; Yaş məhdudiyyəti 22-35 Xanım namizədlərə üstünlük veriləcək İş şərtləri: Həftədə 5 iş günü, 2 gün istirahət; İş yeri: Bakı şəhəri Əmək haqqı: fix maaş 1000 Azn + bonus Tələblərə cavab verdiyiniz təqdirdə CV-lərinizi “Satış təmsilçisi” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.