Yüklənir...
Местоположение: Bakı
İş şəraiti Fəaliyyət sahəsi İdman federasiyas; İş yeri Bakı şəhəri İş qrafiki həftəlik 40 saat Əmək haqqı müsahibənin nəticəsinə əsasən razılaşdırılır Vəzifə öhdəlikləri Federasiyanın yarışları, tədbirləri və layihələri üzrə video materialların çəkilişini və hazırlanmasını həyata keçirmək. Gündəlik video çəkilişlər həyata keçirmək, eyni zamanda video materialların montajını, rəng korreksiyasını, səs tənzimləməsini və qrafik elementlərlə tərtibatını həyata keçirmək. Sosial media platformaları üçün qısametrajlı video kontentin hazırlanmasını və vaxtında təqdim olunmasını icra etmək. Təşkilatın video çarxlarının, təqdimat və hesabat videolarının ssenari hazırlığında və istehsalında iştirak etmək. İdmançı və məşqçilərlə müsahibə, reportaj və sənədli formatlı video materialların çəkilişini təşkil etmək. Video arxivinin formalaşdırılmasını, saxlanılmasını və sistemli kataloqlaşdırılmasını təmin etmək. Video materialların təşkilatın korporativ üslubuna, brend tələblərinə və seyfqardinq qaydalarına uyğunluğunu həyata keçirmək. Yarışlar zamanı yayım təşkilatları ilə koordinasiyalı işləmək və çəkiliş mövqelərinin razılaşdırılmasında iştirak etmək. Video və səs avadanlığının istismarına, texniki hazırlığına və saxlanmasına nəzarət etmək. Media və marketinq üzrə struktur bölmənin kontent planına uyğun olaraq çəkiliş və montaj işlərini planlaşdırmaq. Rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. Namizədə tələblər Ali təhsil. Ən azı 2 il iş stajı. Kompüter bilikləri, MS Office, Adobe Premiere Pro, Adobe After Effects. İngilis dili biliyi, B1 səviyyəsi. Tələblərə uyğun namizədlərdən CV və əvvəlki video işlərini əks etdirən portfolio və ya showreel linkini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Məktubun mövzu hissəsində "Videoqraf" qeyd edilməlidir. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.