Местоположение: Bakı
Şirkətimiz peşəkar və məsuliyyətli Baş mühasib axtarır. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun qanunvericiliyə uyğun təşkil edilməsi və idarə olunması; Vergi, maliyyə və statistik hesabatların hazırlanması və təqdim edilməsi; Əməkhaqqı, vergi və digər məcburi ödənişlərin hesablanmasına nəzarət; Bank əməliyyatlarının, debitor və kreditor borclarının uçotunun aparılması; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması; Mühasibat sənədlərinin düzgünlüyünə və vaxtında işlənməsinə nəzarət; Vergi orqanları və digər dövlət qurumları ilə yazışmaların və zəruri prosedurların həyata keçirilməsi; Mühasibatlıq proseslərinin təkmilləşdirilməsi və maliyyə intizamının təmin edilməsi. Namizədə tələblər: Mühasibatlıq sahəsində minimum 3–5 il iş təcrübəsi; Baş mühasib vəzifəsində iş təcrübəsi İstehsal sahəsində təcrübə üstünlükdür Azərbaycan Respublikasının vergi və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək; 1C ( 8.3) və MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı işləmək; Analitik düşüncə və yüksək məsuliyyətlilik; Komandada işləmək və rəhbərlik etmək bacarığı; Azərbaycan dili biliyi; rus və ingilis dili əlavə üstünlükdür. İş şəraiti: İş qrafiki: 6 günlük iş həftəsi; Şənbə qısa iş günü İş yeri: Bakı, Ak.Həsən Əliyev 493 Əmək haqqı: 2500 Azn (net) Rəsmi əmək müqaviləsi; Peşəkar inkişaf və karyera imkanları. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r.