Mühasib (kiçik mütəxəssis/mütəxəssis) - Global Selfcare

Местоположение: Bakı

“Global Selfcare” MMC  müasir ticarət yanaşması və yüksək xidmət keyfiyyəti ilə seçilən distribüter şirkətidir. Qısa müddət ərzində bazarda etibarlı tərəfdaş imici qazanaraq, Azərbaycan istehlakçılarına dünya brendlərinin keyfiyyətli məhsullarını təqdim etmək missiyası ilə fəaliyyət göstərir. Şirkətimiz Bakı şəhərində yerləşən  mərkəzi anbar , həmçinin  Quba, Şirvan, Gəncə, Göyçay, Şəki, Bərdə və Lənkəran  filialları vasitəsilə ölkənin bütün bölgələrini əhatə edən geniş satış şəbəkəsinə malikdir. İş şəraiti: İş qrafiki: 5 günlük, 09:00–18:00; İş yeri: Bridge Plaza   Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə əsasən; Əmək müqaviləsi əsasında rəsmi işə qəbul. Namizədə tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil; Mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi; F3 proqramı üzrə bilik mütləqdir; 1C proqramı ilə işləmək bacarığı; Kassa və pul vəsaitlərinin uçotu üzrə biliklər; Bank ödənişlərinin həyata keçirilməsi; Qaimələrin hazırlanması və elektron qaimələrlə işləmək bacarığı; Qarşılıqlı üzləşmə aktlarının hazırlanması; Debitor və kreditor hesablaşmalarının aparılması; Diqqətlilik, məsuliyyətlilik və analitik düşünmə bacarığı. Yaş aralığı: 21-35  Qeyd: Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.  Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .