Satış üzrə məsləhətçi - Group Motors

Местоположение: Bakı

Namizədə tələblər Ali təhsil Avtomobil satışı sahəsində 2 il təcrübə  Azərbaycan dilində səlis danışıq; rus və ingilis dillərini bilmək üstünlükdür; Yüksək ünsiyyət və təqdimat bacarığı; Müştəri ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul təklif etmək bacarığı; MS Office proqramlarından istifadə bacarığı; Avtomobil modelləri, texniki göstəricilər və avtomobil bazarı haqqında məlumatlı olmaq üstünlükdür; B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv avtomobil idarəetmə bacarığı arzuolunandır. Şəxsi keyfiyyətlər Müştəriyönümlülük və nəzakətli ünsiyyət; Məsuliyyətlilik və intizam; Aktiv dinləmə və inandırma bacarığı; Komanda ilə işləmək bacarığı; Stressə davamlılıq və operativ qərarvermə; Nəticəyönümlülük və satış hədəflərinə fokuslanmaq; Təşəbbüskarlıq və öyrənməyə açıqlıq; Dəqiqlik və detallara diqqət. Vəzifə öhdəlikləri Potensial müştəriləri qarşılamaq, onların ehtiyac və gözləntilərini müəyyənləşdirmək; Şirkətin təqdim etdiyi avtomobil modelləri, komplektasiyalar, texniki xüsusiyyətlər və satış şərtləri barədə müştərilərə ətraflı məlumat vermək; Müştərilərə ehtiyaclarına və büdcələrinə uyğun avtomobil seçimində dəstək göstərmək; Avtomobillərin üstünlüklərini təqdim etmək və test-sürüşlərinin təşkilində iştirak etmək; Satış prosesi çərçivəsində müştərilərlə danışıqlar aparmaq, qiymət və təklifləri təqdim etmək; Daxili kredit və lizinq daxil olmaqla mövcud maliyyələşmə imkanları barədə müştəriləri məlumatlandırmaq; Satış müraciətlərini və müştəri məlumatlarını müvafiq sistemlərdə düzgün və vaxtında qeydiyyata almaq; Müştərilərlə mütəmadi əlaqə saxlamaq, müraciətləri izləmək və satış prosesinin tamamlanmasını təmin etmək; Satış planlarının və müəyyən edilmiş fərdi hədəflərin yerinə yetirilməsi istiqamətində çalışmaq; Satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək; Avtomobillərin təhvil verilməsi prosesində aidiyyəti şöbələrlə koordinasiyanı həyata keçirmək; Müştəri məmnuniyyətinin təmin edilməsi və şirkətin xidmət standartlarının qorunmasına riayət etmək; Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək. İş şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Əməkhaqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Korporativ təlim və inkişaf imkanları; Stabil və dinamik iş mühiti. Vəzifə ilə maraqlanan namizədlər öz tərcümeyi-hallarını (CV) mövzu hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron  elektron poçt ünvanına göndərə bilərlər