Filial Müdiri - International BOKT

Местоположение: Bakı

“INTERNATIONAL BOKT” ASC  Bakı şəhərində yeni fəaliyyətə başlayacaq  28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat  filialları üçün  Filial Müdiri  vəzifəsinə peşəkar və məsuliyyətli namizədləri komandamıza dəvət edir. Əsas vəzifə öhdəlikləri Filialın gündəlik fəaliyyətinin və iş proseslərinin effektiv idarə olunmasını təmin etmək; Filial əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, motivasiya və inkişafını dəstəkləmək; Komandanın satış və xidmət göstəricilərinə nəzarət etmək və nəticələrin yaxşılaşdırılması istiqamətində tədbirlər həyata keçirmək; Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb edilməsi üçün effektiv satış strategiyaları və təkliflər hazırlamaq; Kredit portfelinin idarə olunmasını və keyfiyyət göstəricilərinə nəzarəti təmin etmək; Maliyyə əməliyyatlarının və filialın daxili prosedurlarının düzgün icrasına nəzarət etmək; Filial üzrə müəyyən edilmiş hədəflərin yerinə yetirilməsini təmin etmək; Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək və filialın fəaliyyət nəticələrini təhlil etmək; Şirkətin daxili siyasət və prosedurlarına, eləcə də qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək. Namizədə tələblər Ali təhsil; Bank, BOKT və ya lombard sektorunda  minimum 3 il iş təcrübəsi ; İdarəetmə və liderlik sahəsində güclü bacarıqlar; Komandanı idarə etmək, motivasiya etmək və nəticəyə yönəltmək qabiliyyəti; Analitik düşüncə və qərarvermə bacarığı; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Müştəriyönümlü yanaşma; Komanda ilə effektiv işləmək bacarığı; Məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək iş intizamı. İş şəraiti İş yeri:  Bakı şəhəri üzrə 28 May, Yeni Yasamal, Nəriman Nərimanov, Biləcəri, Həzi Aslanov və Zabrat filialları; İş qrafiki:  Bazar ertəsi – Cümə, 09:00–18:00; Rəsmi əmək müqaviləsi:  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq; Əmək haqqı:  Namizədin təcrübə və peşəkar göstəricilərinə əsasən  razılaşma yolu ilə + bonus/motivasiya sistemi ; Əlavə təminat:  Korporativ mobil nömrə. Vakansiya ilə maraqlanan namizədlərdən  CV-lərini foto ilə birlikdə  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. E-mailin  mövzu (Subject)  hissəsində mütləq  “Filial Müdiri – (müraciət edilən filialın adı)”  qeyd edilməlidir. Qeyd:  Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. “INTERNATIONAL BOKT” ASC — peşəkar komandamıza qoşulun və uğur hekayəmizin bir parçası olun!