Местоположение: Bakı
BOKT “INTERNATIONAL” ASC yeni açılacaq Bakı filialları üzrə satış sahəsində Qrup rəhbəri vəzifəsinə işçi qəbulu elan edir. Vəzifə öhdəlikləri: Kredit mütəxəssislərindən ibarət qrupun fəaliyyətini təşkil və koordinasiya etmək; Qrup üzrə satış planlarının icrasını təmin etmək və nəticələrə nəzarət etmək; Kredit müraciətlərinin ilkin təhlilini aparmaq və kredit prosesinə nəzarət etmək; Kredit portfelinin keyfiyyətini izləmək və problemli kreditlərin idarə olunmasını təşkil etmək; Yeni müştərilərin cəlb olunmasını və mövcud müştəri bazasının inkişafını təmin etmək; Qrup üzvlərinin iş fəaliyyətini qiymətləndirmək, onların peşəkar inkişafını və motivasiyasını dəstəkləmək; Daxili qaydalara, prosedurlara və qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək; Fəaliyyət üzrə hesabatları hazırlamaq və filial rəhbərliyinə təqdim etmək. Namizədə tələblər: Maliyyə, iqtisadiyyat, idarəetmə və ya digər uyğun ixtisas üzrə ali təhsil; Bank və ya bank olmayan kredit təşkilatında minimum 2 il iş təcrübəsi; Kredit məhsulları və kredit risklərinin idarə olunması sahəsində biliklər; Satış və komanda idarəetməsi bacarıqları; Analitik düşünmə, liderlik, məsuliyyətlilik və qərarvermə qabiliyyəti; Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı MS Office proqramlarında işləmək bacarığı. Təşkilat təklif edir: Rəqabətqabiliyyətli əmək haqqı; Bonus və motivasiya sistemi; Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00 Maraqlanan namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Subject/Mövzu hissəsində "Qrup rəhbəri" qeyd etməklə göndərmələri xahiş olunur.