Местоположение: Bakı
Təsvir Aylıq, rüblük və illik maliyyə və büdcə hesabatlarının hazırlanmasında iştirak etmək; Büdcə icrasına dair faktiki göstəriciləri plan göstəriciləri ilə müqayisə etmək və aşkar olunmuş kənarlaşmaları təhlil etmək; Mühasibat uçotu məlumatları əsasında analitik hesabatlar tərtib etmək; İllik büdcə layihəsinin hazırlanmasında iştirak etmək, struktur bölmələrdən daxil olan büdcə təkliflərini toplamaq və təhlil etmək; Daxili və xarici audit prosesləri zamanı zəruri məlumatları təqdim etmək və yoxlamalar nəticəsində müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılmasında iştirak etmək. Tələblər Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə bakalavr təhsilinə malik olmaq; ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq sertifikatlarına malik olmaq üstünlükdür. ACCA üzrə minimum F2 və F3 imtahanlarının uğurla tamamlanması tələb olunur. Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 2 il peşəkar iş təcrübəsi Beynəlxalq audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq; Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq (rus dili biliyi üstünlükdür). Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.