Mühasib - MAYAK Residence

Местоположение: Bakı

Vəzifə öhdəlikləri: Mühasibat uçotunun hesablar planına uyğun aparılması; Mühasibat əməliyyatlarının 1C 8.3 proqram təminatına işlənməsi, qalıqlara nəzarət və digər müvafiq işlərin aparılması; Yerli və xarici ödənişlərin həyata keçirilməsi; Hökümət və bank portalarında əməliyyatların aparılması; Debitor və kreditor qarşılıqlı hesablaşmaların düzgün aparılması və nəzarətin həyata keçirilməsi; Şirkətin gündəlik və aylıq gəlir və xərc əməliyyatlarının düzgün uçota alınmasına nəzarət etmək; Maliyyə göstəricilərində yaranan kənarlaşmaları vaxtında təhlil etmək və müvafiq şöbələrlə birgə aradan qaldırmaq; Müqavilələrin hesab-fakturaların, aktların, qiymət razılaşma protokollarının, təhvil-təslim aktlarının qaimə və vergi hesab fakturaların yazılmasına, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtibinə nəzarət; Rəhbərlik tərəfindən verilən gündəlik, həftəlik və aylıq tapşırıqların icrasını təmin etmək; Təhsil və təcrübə üzrə tələblər: Təhsil və iş təcrübəsi  Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahələrdə) Sahə üzrə müvafiq sertifikatların olması (ACCA və PMS üstünlükdür) Mühasibatlıq və vergi uçotu sahəsində ən azı 2 il iş təcrübəsi (Tikinti sahəsində təcrübəsi arzu olunandır) Peşəkar bilik və bacarıqlar üzrə tələblər: Sahə üzrə beynəlxalq standartları, yerli qanunvericilik bilikləri 1C 8.3 və digər ERP sistemlərində iş təcrübəsi Yüksək səviyyədə MS Office (xüsusilə Excel) bacarıqları Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət İşləri prioritetləşdirmək və çoxsaylı vəzifələri eyni anda idarə etmək qabiliyyəti Komanda daxilində əməkdaşlıq bacarığı Səlis və punktual korporativ yazışma bacarığı Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .