Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Korporativ müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi, yerlərdə məhsul çeşidliyi və qiymət təklifləri ilə bağlı təqdimatların keçirilməsi, yeni satış imkanlarının müəyyənləşdirilməsi və müştəri portfelinin genişləndirilməsi; Müştərilərdən daxil olan sorğuların təhlili, tələblərə uyğun qiymət və kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi; Müştərilər, vendorlar və təchizatçılarla məhsul, qiymət, mövcudluq və çatdırılma şərtləri üzrə danışıqların aparılması; Müqavilələrin hazırlanması və bağlanması prosesinin əlaqələndirilməsi, qiymətlərin razılaşdırılması protokollarının və təhvil-təslim sənədlərinin tərtib edilməsi; Sifarişlərin qəbulundan təhvil verilməsinədək prosesin aidiyyəti bölmələrlə koordinasiyası və razılaşdırılmış şərtlərin icrasının izlənilməsi; Satış və tender sənədlərinin sistemli uçotunun aparılması, görülən işlər və satış nəticələri barədə hesabatların hazırlanması. Namizədə tələblər Cinsi: Bəy namizəd Ali təhsil — iqtisadiyyat, biznesin idarə edilməsi, marketinq və ya informasiya texnologiyaları üzrə təhsil üstünlük hesab olunur; Korporativ satış sahəsində minimum 3 il iş təcrübəsi, yeni müştərilərin cəlb edilməsi və satış hədəflərinin yerinə yetirilməsi üzrə nümayiş etdirilə bilən nəticələr; B2B satış prosesini potensial müştərinin müəyyənləşdirilməsindən müqavilənin bağlanmasına və sifarişin icrasının izlənilməsinədək müstəqil idarə etmək bacarığı; 1C proqramını yüksək səviyyədə bilmək; Maya dəyəri, satış qiyməti, mənfəət marjası və endirimlərin maliyyə nəticələrini hesablamaq, kommersiya baxımından əsaslandırılmış təkliflər hazırlamaq bacarığı; Müştəri portfelini sistemli idarə etmək, satış proqnozları hazırlamaq və fəaliyyət nəticələri barədə dəqiq hesabat təqdim etmək bacarığı; Yüksək iş tempi və paralel sorğular şəraitində prioritetləri düzgün müəyyənləşdirmək, vaxt məhdudiyyətləri daxilində dəqiqliyi və iş keyfiyyətini qorumaq bacarığı; Analitik düşüncə, kommersiya yönümlü yanaşma, təşəbbüskarlıq, məsuliyyətlilik və kommersiya məlumatlarının məxfiliyinə riayət etmək; Rus və ingilis dillərində işgüzar ünsiyyət bacarığı, həmçinin yerli korporativ bazarda formalaşmış müştəri portfeli və işgüzar əlaqələrin olması üstünlük hesab olunur. İş şəraiti İş yeri: Bakı İş rejimi: Tam iş günü, 5/2 Əmək haqqı: 700 AZN net sabit maaş + əlavə olaraq mənfəətə bağlı bonus (2000 AZN). CV-nizi və portfolionuzu Korporativ satış üzrə meneceri başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.