Tikinti üzrə kiçik mütəxəssis - METAK

Местоположение: Bakı

İşin təsviri Texniki və layihə sənədlərinin, hesabatların, aktların və iş jurnallarının hazırlanmasına dəstək olmaq; Layihə sənədlərini toplamaq, sistemləşdirmək və məlumat bazalarını yeniləmək; Tikinti sahəsində işlərin gedişatını, görülmüş iş həcmlərini və material istifadəsini izləmək və ilkin uçotunu aparmaq; Sahədən daxil olan məlumatlar əsasında gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq; Texniki çertyoj və ilkin layihə eskizlərinin hazırlanmasında iştirak etmək; Podratçılardan daxil olan sənədlərin və məlumatların toplanmasına və yoxlanılmasına dəstək olmaq; Material və resurs ehtiyaclarının müəyyənləşdirilməsi və sifarişlərin hazırlanmasında iştirak etmək; Aşkarlanan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək; PÜO, Smeta, Təchizat və digər aidiyyəti şöbələrlə koordinasiyada iştirak etmək; Tikinti norma və qaydalarına, həmçinin əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət etmək. Tələblər Ali təhsil (Tikinti mühəndisliyi və ya oxşar sahə üzrə bakalavr dərəcəsi); AutoCAD proqramında sərbəst işləmək bacarığı; MS Word və Excel proqramlarında işləmə bacarığı; Tikinti layihələrinin oxunması və hazırlanması üzrə biliklər; Tikinti materialları və texnoloji ardıcıllıq barədə anlayış; Yüksək məsuliyyət və diqqətlilik; Komanda ilə işləmək və işə qarşı təşəbbüskar yanaşma. İş şərtləri Karyera və peşəkar inkişaf üçün əla imkanlar; Rəqabətli əmək haqqı və illik bonus; Əmək haqqı razılıq əsasında təyin olunur; Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması; Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı; Nahar şirkət tərəfindən verilir; İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma. Maraqlanan namizədlər  Müraciət et   düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.