Yüklənir...
Местоположение: Bakı
Təsvir Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək; Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyətdə həyata keçirmək; Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq; Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək; Audit nəticələrinin düzgün sənədləşdirilməsini təmin edən sübutları toplayaraq nəzərdən keçirmək. Tələblər Ali təhsil (maliyyə, hüquq, ali riyaziyyat); Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər; İstehsal və aqronomiya sahələrində biliklər arzu olunandır; 1C, Mikro mühasibatlıq proqramları üzrə istifadəçı təcrübəsi arzu olunandır; Microsoft Excel, Misrosoft Word, Power Point proqramlarında yüksək səviyyədə işləmə bacarığı; Analitik düşüncə bacarığı; Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları; Komanda daxilində fəaliyyət göstərmək bacarığı; CIA Part 1,2 və ya ACCA F-Level olması üstünlükdür; Ezamiyyələrə açıq olmalıdır. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.