Местоположение: Bakı
Namizədə tələblər Ali təhsil; Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı; Rus dili biliyi üstünlükdür; Müştəri xidməti və ya Call Center sahəsində iş təcrübəsi üstünlükdür; Aydın nitq, düzgün diksiya və yüksək kommunikasiya bacarığı; Müştəri ehtiyaclarını düzgün müəyyən etmək və həll yönümlü yanaşmaq bacarığı; MS Office və CRM sistemləri ilə işləmək bacarığı; Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri Daxil olan zəng və müraciətləri qəbul etmək və müştərilərə dəqiq məlumat təqdim etmək; Məhsul, kampaniya, xidmət və lizinq şərtləri barədə müştəriləri məlumatlandırmaq; Müraciətləri CRM sistemində qeydiyyata almaq; Zəruri hallarda geri dönüş zənglərini həyata keçirmək; Müraciətləri aidiyyəti struktur bölmələrə yönləndirmək və prosesi izləmək; Şikayət, irad və təklifləri qəbul etmək və yönləndirmək; Xidmət standartlarına və KPI göstəricilərinə riayət etmək. Nə təklif edirik? Peşəkar iş mühiti; Karyera inkişafı imkanı. İş şərtləri İş qrafiki: Həftədə 5 iş günü; İş yeri: Çinar Park Biznes Mərkəzi. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri dəstəyi üzrə operator” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya https://careers.ram.az/?vacancy=2632&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.