Yüklənir...
Местоположение: Bakı
İş yeri: Bakı (Yasamal) Əsas Öhdəliklər və İş Təsviri: Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və onlara yüksək səviyyədə xidmət göstərmək; Müştərilərin ehtiyaclarını müəyyən edərək onlara uyğun məhsulları təklif etmək və məsləhət vermək; Məhsulların xüsusiyyətləri, qiymətləri və kampaniyalar barədə müştəriləri ətraflı məlumatlandırmaq; Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək; Mağazadakı məhsulların vitrinə nizamla düzülüşünə və təmizliyinə nəzarət etmək; Komputer əməliyyatları düzgün icra etmək. Namizədə Dair Tələblər: Təhsil: Ali və ya orta-ixtisas təhsili; Təcrübə: Satış sahəsində iş təcrübəsi (Təcrübəsiz namizədlər də öyrədilmək şərtilə müraciət edə bilərlər); Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq qabiliyyəti; Şəxsi keyfiyyətlər: Ünsiyyətcil, pozitiv və komandada işləmək bacarığı; Müştəriyönümlü yanaşma və inandırma qabiliyyəti; Stressə dözümlülük və aktiv iş rejimində işləmək istəyi; Səliqəli və xoş xarici görünüş. Biz Nə Təklif Edirik? Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə; Rəqabətə davamlı əməkhaqqı və fəaliyyətə əsaslanan əlavə Faiz/Bonus sistemi; Karyera yüksəlişi və şəxsi inkişaf imkanları; Şirkət daxili təlimlər. Əlavə işçi ehtiyacı olan bölgələr: Lənkəran, Biləsuvar, Salyan, Şirvan, İmişli, Cəlilabad Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.