Keyfiyyətə nəzarət üzrə mütəxəssis (Şamaxı) - Şirvan Aqro MMC

Местоположение: Bakı

Şirkətimiz istehsal proseslərinin səmərəli təşkili, məhsul keyfiyyətinin təmin edilməsi və müvafiq standartlara uyğunluğun qorunması məqsədilə komandasına Keyfiyyətə nəzarət üzrə mütəxəssis axtarır. Əsas vəzifə öhdəlikləri: İstehsal olunan süd və ət məhsullarının keyfiyyət göstəricilərinə nəzarət etmək; Xammalın, yarımfabrikatların və hazır məhsulların keyfiyyətinin müəyyən edilmiş tələblərə uyğunluğunu yoxlamaq; Məhsullardan nümunələrin götürülməsi və müvafiq keyfiyyət yoxlamalarının aparılmasında iştirak etmək; Məhsulların saxlanma və daşınma şəraitinə, temperatur rejiminə və gigiyena tələblərinə riayət olunmasına nəzarət etmək; Müəyyən edilmiş keyfiyyət standartlarından kənarlaşmaları aşkar etmək, qeydə almaq və aidiyyəti şəxsləri məlumatlandırmaq; Keyfiyyətə nəzarət üzrə müvafiq sənədləri, jurnalları və hesabatları hazırlamaq; İstehsal və saxlanma proseslərində sanitariya-gigiyena və qida təhlükəsizliyi tələblərinə əməl olunmasını izləmək; Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək. Namizədə tələblər: Qida mühəndisliyi, qida təhlükəsizliyi, kimya, biologiya və ya müvafiq sahələr üzrə ali təhsil; Keyfiyyətə nəzarət və ya qida istehsalı sahəsində iş təcrübəsi – arzuolunandır; Qida təhlükəsizliyi, sanitariya-gigiyena və məhsulların saxlanması qaydaları barədə biliklər; Keyfiyyət göstəricilərinin yoxlanılması və uyğunsuzluqların müəyyən edilməsi bacarığı; MS Office proqramları, xüsusilə Excel üzrə biliklər; Sənədləşmə və hesabatların hazırlanması bacarığı; Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik; Komandada işləmək və istehsal əməkdaşları ilə effektiv ünsiyyət qurmaq bacarığı; Növbəli iş rejimində işləməyə hazır olmaq. İş şəraiti: İş qrafiki: istehsal proseslərinin xüsusiyyətlərinə uyğun növbəli iş rejimi; Əməkhaqqı: müsahibə əsasında müəyyən edilir; İş yeri: Şamaxı / “Şirvan Aqro” MMC. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.