Müştəri Xidməti və Rezervasiya kordinatoru - SRC LLC

Местоположение: Bakı

Şirkət: SRC MMC (SIXT Azərbaycan) İş yeri: Hilton otel, Bakı şəhəri Vəzifə öhdəlikləri Müştərilərə SIXT icarə xidmətləri, tariflər, xidmət haqları, sığorta paketləri və depozit şərtləri barədə dolğun məlumat verilməsi Daxil olan rezervasiyaların qəbulu, avtomobilin statusunun yoxlanılması və Cobra sistemində rəsmiləşdirilməsi Sifariş edilən avtomobil sinfi mövcud olmadıqda müştəriyə uyğun alternativin təklif edilməsi İcarə müqavilələrinin və təhvil-təslim sənədlərinin hazırlanması, əlaqədar şöbələrlə məlumat mübadiləsi İcarədən qayıdan avtomobillərin ödənişlərinin qəbulu və depozit statusunun bağlanması Rezervasiyaların SOP-da müəyyən edilmiş müddətdə bağlanması və gündəlik hesabatın əlaqədar şöbələrə təqdim edilməsi Müştərilərlə telefon və e-poçt vasitəsilə nəzakətli yazışma və ünsiyyət Müştərilərə istiqamət, xəritə və yerli ərazi məlumatlarının təqdim edilməsi Müştəri problemlərinin və şikayətlərinin operativ həlli, həll mümkün olmadıqda rəhbərə ötürülməsi SIXT korporativ geyim, xarici görünüş və davranış standartlarına riayət, SIXT-in tələb etdiyi təlim və imtahanlarda iştirak Əlavə xidmətlərin təklif edilməsi və aylıq / illik satış hədəflərinin yerinə yetirilməsi Tələblər Təhsil: Turizm, Biznesin idarə edilməsi, Marketinq, Müştəri xidmətləri və ya əlaqəli sahələr üzrə ali təhsil (Bakalavr dərəcəsi); İş təcrübəsi: Müştəri xidmətləri və ya satış sahəsində 1 ilədək iş təcrübəsi; Dil bilikləri: Azərbaycan dili – ana dili səviyyəsində, İngilis dili – yaxşı səviyyədə (yazılı və şifahi ünsiyyət bacarığı);   İT və proqram bilikləri: MS Office proqramları üzrə əmin istifadə bacarığı; rezervasiya sistemləri (Cobra) ilə işləmək və yeni proqram təminatlarını tez mənimsəmək qabiliyyəti (sistemlə iş üzrə təlim keçiriləcəkdir);   İş qrafiki: Növbəli iş qrafikinə uyğunlaşma bacarığı. Şəxsi Keyfiyyətlər (Soft Skills): Müştəriyönümlülük: SIXT-in "Müştəri hər zaman mərkəzdədir" prinsipini rəhbər tutaraq yüksək nəzakət, peşəkar və aydın ünsiyyət nümayiş etdirmək; Şəxsi keyfiyyətlər: Təşəbbüskarlıq, çeviklik, problem həlletmə və gərgin iş şəraitində (təzyiq altında) dərhal və dəqiq qərarlar qəbul edə bilmək; Komanda işi: Komanda tərkibində effektiv və həmkarlarla harmoniyada işləmək bacarığı; Məxfılik və Korporativ Standartlar: Müştərilərin fərdi və ödəniş məlumatlarının məxfıliyini tam qorumaq; SIXT-in korporativ geyim və xarici görünüş (dress-code) standartlarına ciddi əməl etmək. Üstünlük veriləcək İngilis dii və Rus dil biliklərinə  Müştəri ilə işdə təcrübə (otel, turizm sahəsində) İş şəraiti Əmək haqqı: 900 AZN + (performansa görə bonus) İş qrafiki: 6 günlük, Bazar günü istirahət, Şənbə günü qısa iş günü  Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Rezervasiya agenti  mövzusu ilə göndərə bilərlər.