Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: Yeni mağazalarda ölçü işlərinin aparılması prosesindən sonra layihənin tərtib olunması prosesinə başlamaq; Hər xətt və ölçü detallı şəkildə incələndikdən sonra yeni mağazanın 2D plan görüntüsünü hazırlamaq və bu planın bəzi mağazalarda sıfırdan, bəzi mağazalarda isə bərpa edilərək hazırlanmasını təmin etmək; Obyektdən götürülmüş ölçülər əsasında hazır ölçü çertyoju (obmer) hazırlayıb təqdim etmək; Obyektə gedərək tikinti-quraşdırma işlərinin hazırlanmış plana uyğun aparılıb-aparılmadığını yoxlamaq; Layihə işlənilən zaman tikinti və yerləşim planlarını özündə əks etdirmək. İlk öncə yerləşim planını işlədikdən sonra aidiyyəti müvafiq struktura uyğunluğun yoxlanılması üçün göndərmək və layihənin təsdiqlənməsini təmin etmək Tələb olunan bilik və bacarıqlar: Çertyojları düzgün oxumağı və başa düşməyi bacarmalı; Obyekt və ərazi üzrə düzgün orientasiyası olmalı; Obyektdə dəqiq ölçülər götürməyi bacarmalı(divar ölçüləri, hündürlüklər, məsafələr və digər zəruri ölçülər); Obyektə gedərək bütün lazımi ölçüləri düzgün şəkildə qeyd etməli və əldə etdiyi məlumatları sistemləşdirə bilməli; Ərazinin və obyektin mövcud çertyojlarını proqramda işləyə bilməli, götürülmüş ölçüləri proqram təminatına düzgün şəkildə köçürməyi bacarmalı; Tikinti işlərinin layihəyə və verilmiş plana uyğunluğuna nəzarət etməyi bacarmalı; DWG proqramını yaxşı səviyyədə bilməli; ArchiCAD formatı ilə işləmək bacarığı arzuolunandır. Tələb olunan təhsil, iş təcrübəsi: Təhsil:Ali (Müvafiq sahə üzrə); Sahə üzrə minimum 1 il iş təcrübəsi; Həm Bakı şəhərində, həm də regionlarda işləməyə açıq olmalı; Şəxsi avtomobilinin olması tələb olunur; Kollektivlə işləmək bacarığı; Məsuliyyətli, intizamlı və operativ olmaq. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Memar” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır