Yüklənir...
Местоположение: Bakı
ABV komandasına Kreativ Kopirayter axtarılır Marketinq komandamıza texnologiyaya marağı olan, yaradıcı düşünən və fərqli platformalar üçün güclü mətnlər hazırlaya bilən "Kreativ Kopirayter" axtarırıq. Bu rolda əsas məqsəd texniki məhsul və həlləri aydın, oxunaqlı və cəlbedici məzmuna çevirmək, ABV-nin brend kommunikasiya dilini daha da gücləndirməkdir. Əsas vəzifələr: Sosial media, veb-sayt, landing page və reklam materialları üçün mətnlər hazırlamaq Məhsul təsvirləri və texniki həlləri sadə, anlaşılan dildə təqdim etmək Hikvision, TP-Link, Sonoff və digər məhsul xətləri üzrə məzmunların hazırlanmasında iştirak etmək Kontent təqvimi üzrə mətnlərin hazırlanması və redaktəsini həyata keçirmək Dizayn komandası ilə birlikdə mətn və vizual uyğunluğunu təmin etmək Namizəddən gözləntilərimiz: Kopiraytinq və ya kontent yazarlığı üzrə 2–5 il iş təcrübəsi Sosial media, veb, reklam və e-poçt mətnləri üzrə portfolio Texniki mövzuları sadə dildə izah etmək bacarığı SEO əsasları üzrə biliklər Azərbaycan dilində güclü yazı bacarığı Detallara diqqət və redaktə bacarığı İngilis dili biliyi üstünlükdür Təklif etdiyimiz imkanlar: Rəsmi işə qəbul 5 günlük iş rejimi: 09:00–18:00 Böyük texnologiya brendləri ilə işləmək imkanı Peşəkar inkişaf və öyrənmə imkanları Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Kreativ Kopirayter” qeyd olunmalıdır.