Местоположение: Bakı
“A+CO” ASC “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi,istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi; Xərc smetasının icrası,istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu ; Ehtiyyatların nəzarəti:İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi; Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi; Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması ; Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması ; Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması ; Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi ; İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi ; Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması ; İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması); İxrac əməliyyatlarının uçotu; İdxal və ixrac üzrə debitor,kreditor üzləşmələrinin aparılması; Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi,müəyyən olunmuş qaydada arxivləşdirilməsi ; Rəhbərlik tərəfindən tapşırıqların icrası. Bilik və bacarıqlar: Excel yaxşı səviyyədə. Logo Tiger yaxşı səviyyədə. ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər. Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes,e-customs) İş şəraiti: İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu) ; İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük; Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib ” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.