Yüklənir...
Местоположение: Bakı
Əmək funksiyaları: Gündəlik olaraq anbar ərazisində təmizlik işlərinin aparılmasına, ümumi nizam-intizamın və iş proseslərinin düzgün təşkilinə nəzarət edir. Fəhlə və texniki heyət arasında gündəlik iş bölgüsünü həyata keçirir və işlərin icrasını koordinasiya edir. Gündəlik sifariş qaimələrini qəbul edir, aidiyyəti əməkdaşlar arasında bölüşdürür və sifarişlərin vaxtında, düzgün və xətasız icrasına nəzarət edir. Məhsulların qaimələrə uyğun yığılması, yoxlanılması, təhvili və nəqliyyat vasitələrinə düzgün yüklənməsini təmin edir. Yalnış yığılmış məhsulların yenidən yığılmasını təşkil edir və əməkdaşları məhsulların düzgün seçimi üzrə məlumatlandırır. Sifarişlərin icrası prosesində aidiyyəti şöbələr və satış menecerləri ilə koordinasiyalı işləyərək sifariş statusları barədə məlumat mübadiləsini təmin edir. Məhsulların təhvili zamanı təhvil-təslim sənədlərinin imzalanmasını, sürücü və nəqliyyat vasitələri üzrə məlumatların qeydiyyatını aparır. Təhvil verilmiş qaimələrin qəbulunu, saxlanılmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin edir. Məhsulların qəbulu, çeşidlənməsi, yerləşdirilməsi və saxlanılmasının anbar standartlarına uyğun təşkilinə nəzarət edir. İstehsalat və ya satınalma üzrə daxil olan məhsulların qaimələrə uyğun qəbulunu təmin edir, fiziki göstəricilərlə sənəd məlumatlarının uyğunluğunu yoxlayır. Məhsullarda aşkar olunmuş uyğunsuzluqlar, çatışmazlıqlar və ya defektlər barədə hesabat hazırlayır və aidiyyəti şəxsləri məlumatlandırır. Daxil olan məhsullar barədə aidiyyəti şöbələrin məlumatlandırılmasını təmin edir. Dövri anbar sayımlarında iştirak edir, faktiki məhsul qalıqları ilə sistem məlumatlarının uyğunluğunu yoxlayır və nəticələrin hesabatlaşdırılmasını təmin edir. Məhsul çatışmazlığı və stok uyğunsuzluğu halları barədə rəhbərliyi operativ məlumatlandırır. Gündəlik sifarişlərin monitorinqini aparır və sifarişlərin icra vəziyyətinə nəzarət edir. Çıxış, qəbul və təhvil-təslim qaimələrinin işlənməsini, təsdiqini, qeydiyyatını və saxlanılmasını təmin edir. Məhsulların hərəkəti, sifariş statusları və sənədlərin 1C proqramı üzərindən qeydiyyatını aparır, məlumat bazasını yeniləyir və hesabatlılığı təmin edir. Anbar üzrə daxil olan ödənişlərin sistem üzərindən qəbulunu və uçotunu həyata keçirir. 1C proqramında yaranmış texniki problemlərin aradan qaldırılması üçün aidiyyəti şəxslərlə koordinasiyalı fəaliyyət göstərir. Birbaşa rəhbərin tələbi əsasında hesabatların hazırlanmasını və məlumat bazalarının idarə olunmasını həyata keçirir. Satınalma, satış, insan resursları və digər aidiyyəti şöbələrlə operativ əməkdaşlıq edir, anbar ehtiyaclarının vaxtında qarşılanmasına dəstək verir. Yeni işçilərin ilkin təlimatlandırılmasını həyata keçirir, məhsullar və iş prinsipləri barədə məlumat verir. İşçilərin iş qrafiki və məzuniyyət planlaması prosesində rəhbərliyə dəstək göstərir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət edir. Birbaşa rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirir. Tələblər: Təhsil tələbləri: t exniki peşə təhsili Staja dair tələb: 1 il iş təcrübəsi Kompyüter biliklərinə dair tələblər: 1C-Üstünlükdür Sertifikat və lisenziyalar,Təlim - Məhsullar barədə məlumatlılıq təlimi Dil bilikləri: Azərbaycan dili İxtisas səriştələri: Məsuliyyətlilik Diqqətlilik Səliqəlilik Operativlik Hesablama bacarığı Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.