Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri: İstehsalat xəttinin fasiləsiz və düzgün fəaliyyətini təmin etmək; İstehsalat avadanlıqlarını təlimata uyğun idarə etmək; İstehsal prosesini və avadanlıqların iş rejimini nəzarətdə saxlamaq; Hazır məhsulun keyfiyyətinə və istehsal standartlarına riayət etmək; Avadanlıqlarda yaranan nasazlıqlar barədə məsul şəxsi vaxtında məlumatlandırmaq; İş yerində təmizlik və təhlükəsizlik qaydalarına riayət etmək; İstehsalat zamanı müəyyən edilmiş norma və prosedurlara uyğun fəaliyyət göstərmək. Tələb olunan bilik və bacarıqlar: Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti; İstehsalat avadanlıqlarından istifadə və onların iş prinsipləri barədə ilkin bilik; Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilmək; Texniki təlimatları oxuma və tətbiq etmə bacarığı; Diqqətli və məsuliyyətli yanaşma; Komandada işləmək bacarığı Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Orta və ya orta ixtisas təhsili İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır. İş şərtlərimiz: İş qrafiki: Növbəli; İş yeri: Bakı şəhəri, Məmmədli qəsəbəsi, Polietilen Fabriki. Biz nə təklif edirik: Rəsmi əmək müqaviləsi; Növbəli iş qrafiki; Nahar təminatı; Həyat sığortası; Təhlükəsiz və peşəkar iş mühiti. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsalat operatoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.