Местоположение: Bakı
Əsas vəzifələr Şirkətin maliyyə, əməliyyat və inzibati fəaliyyətinin daxili prosedur və qaydalara uyğunluğunu mütəmadi olaraq yoxlayır; Mühasibat uçotu, ödənişlər, kassa əməliyyatları, bank köçürmələri və digər maliyyə əməliyyatlarının düzgünlüyünü təhlil edir; Müxtəlif şöbələr üzrə sənəd dövriyyəsini yoxlayır, sənədlərdə mövcud uyğunsuzluqları və çatışmazlıqları müəyyən edir; Şirkət daxilində həyata keçirilən satınalma, logistika, nəqliyyat, yanacaq və anbar əməliyyatlarının auditini aparır; Nəqliyyat vasitələri üzrə yanacaq sərfiyyatını, GPS məlumatlarını, marşrut vərəqlərini, reys hesabatlarını və digər əməliyyat məlumatlarını müqayisəli şəkildə analiz edir; Faktiki göstəricilərlə sistem məlumatları arasında fərqləri müəyyən edir və səbəblərini araşdırır; Əməkdaşların işə davamiyyəti, iş qrafiki, ezamiyyət və məzuniyyət məlumatlarının sistem üzrə düzgün əks olunmasına nəzarət edir; Şirkət aktivlərinin qorunması və düzgün istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin effektivliyini qiymətləndirir; Risk yarada biləcək əməliyyatları əvvəlcədən müəyyən edir və rəhbərliyə müvafiq təkliflər təqdim edir; Audit zamanı aşkar olunan nöqsan, səhv və qayda pozuntuları barədə akt, arayış və hesabatlar hazırlayır; Aşkarlanmış problemlərin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmasında iştirak edir və icra vəziyyətinə nəzarət edir; Şirkətin daxili nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər verir; Müqavilələrin, öhdəlik sənədlərinin və təsdiq proseslərinin şirkət prosedurlarına uyğunluğunu yoxlayır; Əməliyyatların qanunvericiliyə və şirkət daxili normativ sənədlərə uyğun aparılmasına nəzarət edir; Audit yoxlamaları zamanı aidiyyəti əməkdaşlardan izahat və əlavə məlumatlar tələb edir; Rəhbərlik tərəfindən verilmiş tapşırıqlar əsasında planlı və ya plandankənar audit yoxlamaları həyata keçirir; Aylıq, rüblük və illik audit hesabatlarını hazırlayaraq rəhbərliyə təqdim edir; Şirkət üzrə maliyyə itkilərinə və ya intizam pozuntularına səbəb ola biləcək halları araşdırır və nəticələr barədə rəhbərliyə məlumat verir; Daxili audit proseslərində məxfilik prinsipinə riayət edir və xidməti məlumatların qorunmasını təmin edir; Şirkətin fəaliyyət səmərəliliyinin artırılması məqsədilə proseslərin optimallaşdırılması üzrə təkliflər hazırlayır; Audit zamanı əldə olunan məlumatları sistemləşdirir, analiz edir və arxivləşdirir; İş bölgüsü əsasında rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları icra etmək. Tələblər 1–3 ilədək uyğun sahədə iş təcrübəsi; Dinamiklik, gərginliyə davamlılıq, ünsiyyət və təqdim etmə bacarığı; Rəhbərliyin verdiyi aidiyyəti tapşırıqların yerinə yetirilməsi; Komandada işləmə bacarığı. İş şəraiti İş qrafiki: 6 günlük; Nahar yeməyi və servis avtobusu şirkət tərəfindən təmin olunur; Əmək haqqı: razılaşma yolu ilə; İş yeri: Sahil qəsəbəsinin yaxınlığı, Salyan şossesi, 32 km. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .