Местоположение: Bakı
Şirkətimiz peşəkar və nəticəyönümlü komandamıza qoşulacaq Maliyyə Rəhbəri axtarır. Əsas vəzifələr: Şirkətin maliyyə strategiyasının hazırlanması və həyata keçirilməsi; Maliyyə departamentinin fəaliyyətinin idarə edilməsi və koordinasiyası; Büdcənin hazırlanması, icrasına nəzarət və maliyyə planlaşdırılması; Gəlir, xərc, mənfəət və pul vəsaitlərinin hərəkətinin təhlili; Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət; Maliyyə risklərinin müəyyən edilməsi və onların minimallaşdırılması; Vergi, mühasibat və digər maliyyə proseslərinin qanunvericiliyə uyğun təşkilinə nəzarət; Debitor və kreditor borclarının idarə olunması; Şirkətin maliyyə göstəricilərinin təhlili və rəhbərliyə strateji hesabatların təqdim edilməsi; Xərclərin optimallaşdırılması və maliyyə səmərəliliyinin artırılması; Audit, bank, vergi və digər aidiyyəti qurumlarla maliyyə məsələləri üzrə əməkdaşlığın koordinasiyası; Maliyyə qərarlarının qəbulunda rəhbərliyə analitik dəstəyin göstərilməsi. Tələblər: Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. MBA, ACCA, CPA, CFA və ya digər beynəlxalq maliyyə sertifikatlarının olması üstünlükdür; Maliyyə idarəçiliyi sahəsində minimum 8-10 il iş təcrübəsi, o cümlədən ən azı 4-5 il rəhbər vəzifədə uğurlu təcrübə; Vergi qanunvericiliyi, maliyyə hesabatlılığı, audit, korporativ idarəetmə və uyğunluq (Compliance) tələbləri üzrə güclü biliklər Güclü liderlik və komanda idarəetmə bacarığı; Rəhbərliyə aydın və əsaslandırılmış maliyyə hesabatları təqdim etmək bacarığı. Şirkət tərəfindən: Rəqabətli əmək haqqı; Peşəkar və dinamik iş mühiti; Qərarvermə prosesində yüksək məsuliyyət və geniş səlahiyyət; İş şəraiti İş ünvanı: Ziya Bünyadov prospekti, Bakı İş qrafiki: 5 günlük Əmək haqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən müəyyən edilir. CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Maliyyə Rəhbəri” mövzusu ilə göndərməyiniz xahiş olunur.