SƏTƏM Məsləhətçi - Azertexnolayn

Местоположение: Bakı

Vəzifə öhdəlikləri İşçilərə işə başlamazdan əvvəl əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə gündəlik təlimatların keçirilməsinə nəzarət etmək, müvafiq sənədləri toplamaq və qeydiyyatını aparmaq; Yeni işə qəbul olunan əməkdaşlara əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə ilkin təlimat keçmək və qeydiyyat jurnallarını aparmaq; İstehsalat qəzaları zamanı zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsində və hadisələrin araşdırılmasında iştirak etmək; Elektrik əl alətlərinin, yükqaldırma ləvazimatlarının, yanğınsöndürmə balonlarının və hidrantların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək; İşçilərin fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadə etmələrinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə nəzarət etmək; Təhlükəli ərazilərin xəbərdaredici nişanlarla işarələnməsini, təmir sahələrinin təhlükəsizlik lentləri ilə ayrılmasını və məlumatlandırıcı lövhələrin yerləşdirilməsini təmin etmək; Əməyin mühafizəsi, istehsalat sanitariyası, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək; İş yerlərində aşkar edilmiş təhlükəli vəziyyətləri və uyğunsuzluqları sənədləşdirmək, onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini izləmək; Təhlükəsizlik qaydalarını pozan əməkdaşlarla bağlı xəbərdarlıq formalarını tərtib etmək; Müəssisədə təşkil olunan SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) yürüşlərində iştirak etmək; Zavodu ziyarət edən qonaqlara təhlükəsizlik təlimatı vermək və onları zəruri fərdi mühafizə vasitələri ilə təmin etmək; Görülmüş işlər və aşkar edilmiş uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq. Namizədə tələblər Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğın təhlükəsizliyi norma və qaydalarını bilmək; Azərbaycan Respublikasının əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində qanunvericiliyi barədə məlumatlı olmaq; OHSAS 18001, ISO 14001 və digər müvafiq beynəlxalq standartlar haqqında biliklərə malik olmaq; Müəssisədaxili intizam qaydalarını, prosedur və formaları bilmək; Rus, türk və ingilis dillərini bilmək üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı. İş şəraiti İş qrafiki: 3 növbə İş yeri:  Azertexnolayn MMC, Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 1 Sumqayıt Kimya Sənayə Parkı Nahar və servis şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “ SƏTƏM Məsləhətçi ” başlığı ilə CV göndərə bilərlər.