Hidravlik Qaldırma Sistemləri üzrə Nəzarətçi (Jack Superviser) - AZFEN MMC

Местоположение: Bakı

Əsas vəzifə və öhdəliklər Saxlama çənlərinin montajı və qaldırılması işlərinin hidravlik qaldırma (domkrat) sistemi vasitəsilə təhlükəsiz və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək; Hidravlik qaldırma və ona aid avadanlıqların gündəlik, həftəlik və aylıq yoxlanılmasını həyata keçirmək; Avadanlıqların texniki vəziyyətini yoxlamaq, aşkar edilmiş nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; Qaldırma əməliyyatlarını təşkil etmək və əməliyyat zamanı işlərin təsdiq edilmiş qaldırma planına uyğun aparılmasına nəzarət etmək; Qaldırma prosesi zamanı hidravlik təzyiqi, yükü və sistemin dayanıqlığını davamlı şəkildə izləmək; Hidravlik qaldırma sisteminin düzgün quraşdırılmasına, istismarına və texniki parametrlərinin tələblərə uyğun saxlanılmasına nəzarət etmək; Saxlama çənlərinin qaldırılması zamanı sistemin təhlükəsiz və sabit vəziyyətdə saxlanılmasını təmin etmək; Mexaniki, montaj və SƏTƏM komandaları ilə koordinasiyalı şəkildə işləmək; Qaldırma və montaj işləri zamanı yaranan texniki problemləri operativ müəyyənləşdirmək və həllinə dəstək olmaq; İşlərin layihə sənədlərinə, texniki prosedurlara və təhlükəsizlik tələblərinə uyğun aparılmasını təmin etmək; Avadanlığın yoxlanılması və görülən işlərlə bağlı gündəlik, həftəlik və aylıq hesabatlar hazırlamaq; İş zamanı təzyiq altında çalışan sistemlərin təhlükəsizliyinə və dayanıqlığına nəzarət etmək; Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək. Namizədə tələblər Texniki, mexaniki və ya mühəndislik istiqaməti üzrə təhsil; Çənlərin montajı və qaldırılması işləri üzrə müvafiq iş təcrübəsi; Hidravlik domkrat sistemləri ilə qaldırma əməliyyatları üzrə praktiki təcrübə; Ağır yüklərin qaldırılması və montajı üzrə iş təcrübəsi; Hidravlik sistemlər və təzyiq altında işləyən qaldırma avadanlıqları üzrə bilik; Qaldırma planları, texniki prosedurlar və iş sənədləri ilə işləmək bacarığı; SƏTƏM qaydaları və təhlükəsiz qaldırma əməliyyatları üzrə bilik; İşçi heyətinin idarə edilməsi və işlərin koordinasiyası bacarığı; Operativ qərarvermə və problem həll etmə bacarığı; Neft-qaz, neft emalı, EPC, sənaye və ya iri tikinti layihələrində iş təcrübəsi üstünlükdür. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.