Onlayn satış şöbə müdiri - Baku Electronics

Местоположение: Bakı

Vəzifə funksiyaları Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri komanda üzvlərinə düzgün şəkildə bölüşdürmək və icrasına nəzarət etmək; Onlayn satışların artırılması və satış proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və rəhbərliyə təqdim etmək; Şirkətin veb-saytları üzrə trafik göstəricilərini izləmək, problemləri analiz etmək və aradan qaldırılmasına nəzarət etmək; Gündəlik satış nəticələrini təhlil etmək, KPI göstəriciləri üzrə analizlər aparmaq və hesabatlar hazırlamaq; Brendlər üzrə bazar araşdırmaları aparmaq və rəqabət mühitini analiz etmək; Sayt üzərindən daxil olan sifarişləri izləmək, stok idarəçiliyi və çatdırılma proseslərinin effektivliyinə nəzarət etmək. Tələblər E-commerce və ya onlayn satış sahəsində iş təcrübəsi; Güclü analitik düşüncə və məlumatlarla işləmə qabiliyyəti; Effektiv ünsiyyət və təqdimat bacarıqları; Problemləri operativ şəkildə analiz edib həll etmə bacarığı; Google Analytics və digər analitik alətlərlə işləmə bacarığı; CRM sistemləri ilə iş təcrübəsi üstünlükdür. Maraqlanan namizədlər   Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.