Yüklənir...
Местоположение: Bakı
Təsvir Hazır məhsulların anbara qəbulu, düzgün yerləşdirilməsi, saxlanması, uçotu və göndərilməsi proseslərini idarə etmək; Müxtəlif ölçü, polad markası, standart və məhsul kodlarına uyğun boruların düzgün identifikasiyasını, çeşidlənməsini və ayrı saxlanmasını təmin etmək; Məhsulların Accepted, Hold, Rejected, Rework, Released və digər keyfiyyət statuslarına uyğun idarə olunmasına nəzarət etmək; Heat number, batch/lot number, pipe number, material grade və digər izlənəbilənlik məlumatlarının düzgün idarə edilməsini təmin etmək; Məhsulların MTC, inspection report, packing/loading list və digər müvafiq sənədlərlə uyğunluğuna nəzarət etmək; Boruların təhlükəsiz saxlanmasını, daşınmasını və yüklənməsini təşkil etmək; Müştəri sifarişlərinə uyğun məhsulların düzgün seçilməsi və yüklənməsini təmin etmək; Faktiki anbar qalığı ilə sistem məlumatlarının uyğunluğuna nəzarət etmək və inventarizasiya proseslərini təşkil etmək; Anbar əməkdaşlarının iş bölgüsünü və növbəli iş rejimini planlaşdırmaq. Tələblər Polad boru istehsalı, metallurgiya və ya oxşar istehsalat sahəsində 3–5 il iş təcrübəsi üstünlükdür; Hazır məhsul və ya metal məhsullar anbarının idarə edilməsində rəhbər vəzifə təcrübəsi; SAP MM/WM/EWM modulları ilə iş təcrübəsi üstünlükdür; API 5L, API 5CT, EN, GOST/ISO və digər müvafiq standartlar barədə bilik; Boruların texniki parametrlərini – diametr, divar qalınlığı, uzunluq, polad markası, möhkəmlik sinfi və s. – başa düşmək; MS Excel-də Pivot Table, VLOOKUP/XLOOKUP, SUMIFS və digər məlumat analizi funksiyaları ilə işləmək; İşçi heyətinin idarə edilməsi və iş bölgüsünün planlaşdırılması üzrə təcrübə; Kran və digər yükqaldırıcı vasitələrlə əməliyyatların təşkili və təhlükəsizlik tələbləri üzrə bilik; Azərbaycan dili – əla; rus və ingilis dilləri – yaxşı səviyyədə; Texniki sənədləri və standartları ingilis və/və ya rus dilində oxuma bacarığı üstünlükdür. SAP ERP sistemində anbar və material uçotu əməliyyatları üzrə praktiki iş təcrübəsi; Material Master, Material Number, Batch, Storage Location və Plant anlayışları üzrə bilik; Goods Receipt (GR), Goods Issue (GI), stock transfer və transfer posting əməliyyatlarını bilmək; Məhsulların SAP-də qəbul, yerdəyişmə, bloklama və buraxılma proseslərini idarə etmək; Quality Inspection, Unrestricted və Blocked stock statusları ilə işləmək; Faktiki anbar qalığı ilə SAP qalığı arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq; SAP stok hesabatlarından istifadə etmək və anbar üzrə gündəlik, həftəlik və aylıq məlumatları hazırlamaq. İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Rəqabətli əmək haqqı; Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.