Youtube üzrə mütəxəssis - Baku Tv

Местоположение: Bakı

"Baku TV" Youtube üzrə mütəxəssis vakansiyası elan edir .  Öhdəliklər: Videoların YouTube kanallarına operativ yüklənməsi, yayımlanması və yayım cədvəlinin idarə edilməsi; Materiallara uyğun diqqətçəkən və məzmunu düzgün əks etdirən başlıqların, açıqlamaların, teqlərin və həşteqlərin hazırlanması; Video üzlüklərinin (thumbnail) hazırlanması üçün dizaynerə tapşırıqların verilməsi və nəticənin yoxlanılması; YouTube Shorts üçün uyğun materialların seçilməsi və müntəzəm paylaşılması; Pleylistlərin yaradılması və yenilənməsi, videolara son ekranların və məlumat kartlarının əlavə edilməsi; YouTube Analytics vasitəsilə baxış, kliklənmə faizi (CTR), izləmə müddəti və auditoriyanın saxlanılması göstəricilərinin təhlili; Kanalın böyüməsi və kontentin nəticələrinin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; Müəllif hüquqları bildirişlərinin, platforma xəbərdarlıqlarının və monetizasiya statusunun izlənilməsi, problemlər barədə rəhbərliyin məlumatlandırılması; Redaksiya, montaj, dizayn və SMM komandaları ilə koordinasiyalı işin təşkili. Tələblər: Youtube kanallarının idarə olunması üzrə praktiki təcrübə; Youtube Studio və YouTube Analytics ilə işləmək bacarığı; Azərbaycan dilində düzgün və səlis yazı bacarığı; Xəbər gündəmini izləmək, operativ işləmək və materialları düzgün prioritetləşdirmək bacarığı; YouTube-un müəllif hüquqları və icma qaydaları haqqında biliklər; Məsuliyyətlilik, detallara diqqət və komanda ilə işləmək bacarığı; YouTube SEO-su və açar söz araşdırması üzrə biliklər üstünlükdür. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına öz CV-lərinizi göndərə bilər və ya   https://cv.management.az/vacancy/125 linkə daxil olub müraciət edə bilərlər.