Yüklənir...
Местоположение: Bakı
Vəzifənin məqsədi: Vəzifənin əsas məqsədi şirkətin fəaliyyətini, məhsul və xidmətlərini effektiv şəkildə təqdim edən yaradıcı və keyfiyyətli video materialların hazırlanmasını təmin etmək, brendin vizual tanıtımını gücləndirmək və hədəf auditoriyanın diqqətini cəlb edən multimedia məzmunu yaratmaqdır. Vəzifə öhdəlikləri: Video çəkilişlərinin planlaşdırılması və təşkili Müxtəlif formatlarda peşəkar video çəkilişlərin aparılması Kamera, işıq və səs avadanlıqlarının düzgün qurulması və istifadəsi Sosial media, reklam və korporativ məqsədlər üçün video kontentin hazırlanması Çəkilmiş materialların montajı və post-prodakşn işlərinin görülməsi Video effektləri, rəng korreksiyası və səs tənzimlənməsinin edilməsi Kreativ ideyaların hazırlanması və ssenari prosesində iştirak Layihələrin vaxtında və keyfiyyət standartlarına uyğun təhvil verilməsi Komanda ilə koordinasiyalı işləmək və tapşırıqları operativ icra etmək Texniki avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək Trendləri izləyərək müasir video formatlarının tətbiq olunması Tələblər: Azərbaycan dilində səlis danışıq bacarığı Satış etmək bacarığı Ünsiyyət və problem həll etmə bacarığı Komandada işləmək bacarığı İş şəraiti: Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə Karyera inkişaf imkanı Mehriban və peşəkar komanda Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Videoqraf” qeyd olunmalıdır. e-mail: careers@balique.az