Yüklənir...
Местоположение: Bakı
Əsas vəzifə öhdəlikləri Müəssisənin inzibati və təsərrüfat fəaliyyətini təşkil etmək, gündəlik iş proseslərinin fasiləsiz təmin olunmasına nəzarət etmək; Müəssisədaxili qeyri-tibbi avadanlıqların, mebel və inventarların texniki vəziyyətinə, düzgün istifadəsinə və vaxtında təmirinə nəzarət etmək; Kabinetlərin, iş otaqlarının və ümumi istifadə sahələrinin təsərrüfat vəziyyətini nəzarətdə saxlamaq, cari təmir və abadlıq işlərini təşkil etmək; Elektrik, texniki ustalar və digər təsərrüfat əməkdaşlarının fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və icraya nəzarət etmək; Təmizlik və xidmət heyətinin iş qrafikini, ərazi üzrə bölgüsünü və gündəlik fəaliyyətini təşkil etmək; Müəssisənin təsərrüfat ehtiyaclarını müəyyənləşdirmək, zəruri inventar və materiallarla təminatı təşkil etmək; Nəqliyyat və digər inzibati-təsərrüfat proseslərinin düzgün təşkilinə nəzarət etmək; Daxili nizam-intizam, texniki təhlükəsizlik və təsərrüfat qaydalarına riayət olunmasını təmin etmək, yaranan problemlərin operativ həlli üçün tədbirlər görmək. Namizədə dair tələblər Ali və ya müvafiq sahə üzrə orta ixtisas təhsili; İnzibati-təsərrüfat və ya texniki istiqamətdə rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi ; Təsərrüfat, texniki xidmət, təmir və istismar işlərinin təşkili üzrə praktiki təcrübə; Texniki və xidmət heyətinin idarə olunması və koordinasiyası bacarığı; Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti; Məsuliyyətlilik, çeviklik və idarəetmə bacarıqları. Şərtlər: İş qrafiki: 6 gün (həftəlik 40 saat); Əmək haqqı müsahibə əsasında razılaşdırılır; Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “ İnzibati işlər və təssərrüfat şöbəsinin müdiri ” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.