Местоположение: Bakı
Vəzifə öhdəlikləri: Müvafiq qanunvericiliyin və şirkətin daxili siyasətlərinin tələblərinə uyğun olaraq mühasibat uçotunun düzgün və tam aparılmasını təmin etmək; Bank, kassa və digər maliyyə əməliyyatlarının uçotunu aparmaq və onlara nəzarət etmək; Elektron qaimə-fakturaları, hesab-fakturaları və digər mühasibat sənədlərini hazırlamaq və yoxlamaq; Debitor və kreditor borclarının uçotunu aparmaq; Vergi bəyannamələrini və dövlət orqanlarına təqdim edilməli olan bütün hesabatları hazırlamaq; Əmək haqqının, məzuniyyət ödənişlərinin, ezamiyyə xərclərinin və işçilərlə bağlı digər ödənişlərin hesablanmasını həyata keçirmək; Əsas vəsaitlərin, mal-material ehtiyatlarının və inventarın mühasibat uçotunu aparmaq; İdxal və ixrac əməliyyatlarını uçota almaq və malların/xidmətlərin maya dəyərini hesablamaq; Maliyyə hesabatlarının (Balans Hesabatı, Mənfəət və Zərər Hesabatı) hazırlanmasında iştirak etmək; Vergi orqanlarının və digər dövlət qurumlarının sorğularını cavablandırmaq, müvafiq yazışmaları aparmaq; ERP sistemləri, 1C və dövlət elektron portallarında mühasibat əməliyyatlarını həyata keçirmək; Rəhbərlik tərəfindən verilən digər mühasibat və maliyyə ilə bağlı tapşırıqları yerinə yetirmək. Tələblər: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat ixtisası üzrə bakalavr təhsili; Mühasibat sahəsində minimum 2-3 il iş təcrübəsi; Azərbaycan Respublikasının vergi, əmək və mühasibat uçotu qanunvericiliyini yaxşı bilmək; 1C 8.3, ERP sistemləri və Microsoft Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı; ACCA imtahanlarının mövcudluğu üstünlük hesab olunur; Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət, dürüstlük və işləri səmərəli şəkildə icra etmək bacarığı; Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı; Tikinti sahəsində iş təcrübəsi əlavə üstünlük hesab olunur. İş şəraiti: İş qrafiki: 09:00-18:00 İstirahət günləri: Şənbə və bazar Ünvan: Ağ şəhər Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.