Местоположение: Bakı
Зарплата: 660
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Orta ixtisas və ya orta təhsilli olması; Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi; Səlis azərbaycan dili bilikləri; Komandada işləmək bacarığı; Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik; Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı; Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası; Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı; Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür; Azərbaycan Respublikası SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək; Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq; Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək; Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək; Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək; Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək; Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq; Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq; Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək; Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək; Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq; Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək; Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək; Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək. İş şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə; Növbəli iş rejimi, (1 gün iş / 1 gün istirahət); İş yeri – Xırdalan şəhəri,anbar; Əmək haqqı - 660 azn; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbar Nəzarətçisi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. e-mail: hr@gfc.az