Yüklənir...
Местоположение: Bakı
İşəgötürən: “GFC” MMC - KFC, Pizza Hut və Simit Sarayı restoranların şəbəkəsi Namizədə aid tələblər: Müvafiq vəzifədə 3 ildən az olmayaraq iş təcrübəsi; Qida sahəsində minimum 1 il iş təcrübəsinin olması; Anbar uçotu, materialların qəbulu və təhvil verilməsi üzrə praktiki biliklərin olması; Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli və operativ olmaq; Vaxtın effektiv idarə edilməsi bacarığı; Microsoft Office proqramları, xüsusilə Excel və Outlook üzrə yaxşı səviyyədə bilik; 1 C 8.3 proqramında işləmək bacarığı; AR SQ hərbi xidmət keçmiş olması arzuolunandır. Əsas vəzifə öhdəlikləri: Anbara daxil olan məhsulların qəbulunun, qeydiyyatının və düzgün saxlanılmasının təmin edilməsi; Məhsullar qəbul edilərkən təsdiqedici sənədlərə əsasən faktiki miqdarın və çeşid uyğunluğunun yoxlanılması; Məhsulların qablaşdırılma vəziyyətinin yoxlanılması və müvafiq sənədləşmənin aparılması; Qəbul zamanı məhsulların son istifadə tarixlərinə və yararlılıq müddətlərinə nəzarət edilməsi; Məhsulların xüsusiyyətlərinə uyğun olaraq anbarda düzgün yerləşdirilməsinin və saxlanılmasının təşkil edilməsi; Məhsulların FIFO/FEFO prinsiplərinə uyğun yerləşdirilməsinə və dövriyyəsinə nəzarət edilməsi; Anbarda temperatur, sanitar-gigiyenik və saxlanma tələblərinə riayət olunmasının təmin edilməsi; Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət edilməsi; Restoran filiallarından daxil olan təsdiqlənmiş sifarişlər əsasında məhsulların düzgün və vaxtında komplektləşdirilməsinin, yığılmasının, qablaşdırılmasının və filiallara göndərilməsinin təşkil edilməsi, həmçinin anbardan məhsul çıxışının müvafiq sənədlər əsasında rəsmiləşdirilməsi; Anbar üzrə gündəlik giriş-çıxış əməliyyatlarının qeydiyyatının aparılması; Anbar sənədlərinin, qaimələrin və təhvil-təslim aktlarının düzgün aparılması; Yükləmə-boşaltma işlərinin və materialların anbar daxilində düzgün yerləşdirilməsinin təşkil edilməsi; Anbar sahəsindən səmərəli istifadəyə və məhsulların düzgün yerləşdirilməsinə nəzarət edilməsi; Anbar qalıqlarına nəzarət edilməsi, çatışmazlıqlar və uyğunsuzluqlar barədə rəhbərliyə məlumat verilməsi və müvafiq hesabatların təqdim edilməsi; İnventarizasiyalarda iştirak edilməsi və faktiki qalıqların uçot məlumatları ilə uyğunluğunun yoxlanılması; Məhsulların zədələnməsi, xarab olması və ya yararlılıq müddətinin bitməsi hallarının vaxtında müəyyən edilməsi və rəhbərliyin məlumatlandırılması; Anbarın səmərəliliyinin artırılmasına və restoran filiallarının sifarişlərinin operativ icrasına yönəlmiş işlərdə iştirak edilməsi; Anbarın daim səliqəli, təhlükəsiz və iş prosesinə uyğun vəziyyətdə saxlanılmasının təmin edilməsi. İş şəraiti: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə; 6 günlük iş rejimi; Anbar – Xırdalan şəhəri; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbardar ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.