Audit Mütəxəssisi - Gilan Holding

Местоположение: Bakı

Vəzifənin məqsədi Audit Mütəxəssisi şirkətin müxtəlif biznes prosesləri üzrə daxili audit fəaliyyətlərinin həyata keçirilməsində iştirak edəcək, maliyyə və əməliyyat məlumatlarını təhlil edəcək, riskləri və daxili nəzarət boşluqlarını müəyyənləşdirəcək və audit nəticələrinin sənədləşdirilməsinə dəstək göstərəcək. Əsas vəzifə öhdəlikləri Şirkətin müxtəlif biznes prosesləri üzrə auditlərin planlaşdırılması və həyata keçirilməsində iştirak etmək; Təsdiq edilmiş audit proqramına uyğun olaraq audit prosedurlarını icra etmək; Audit sübutlarını toplamaq, təhlil etmək və müvafiq qaydada sənədləşdirmək; Maliyyə və əməliyyat məlumatlarını təhlil etmək və əsaslandırılmış nəticələr hazırlamaq; Riskləri, daxili nəzarət çatışmazlıqlarını və müəyyən edilmiş uyğunsuzluqları aşkar etmək və qiymətləndirmək; Audit nəticələri ( findings ) və müvafiq tövsiyələrin hazırlanmasında iştirak etmək; Audit hesabatlarının hazırlanmasına dəstək göstərmək; Razılaşdırılmış audit tövsiyələrinin icra vəziyyətini izləmək və nəticələri sənədləşdirmək; Audit komanda rəhbərinin tapşırıq və göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək; Audit prosesində müəyyən edilmiş məsələlərlə bağlı zəruri məlumatların toplanması və təhlilini həyata keçirmək. Namizədə tələblər Maliyyə, Mühasibat uçotu, Audit, İqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Audit sahəsində 1–3 il iş təcrübəsi ; Daxili nəzarət və risklərin qiymətləndirilməsi üzrə əsas biliklər; Maliyyə və əməliyyat məlumatlarının təhlili bacarığı; MS Excel proqramında yaxşı səviyyədə işləmək bacarığı; Audit işçi sənədlərinin və hesabatlarının hazırlanması üzrə bacarıqlar; ACCA, CIA və ya digər peşəkar sertifikatların mövcudluğu üstünlükdür. Müvafiq sertifikasiya proqramları üzrə təhsil alan namizədlərə də üstünlük verilə bilər; Azərbaycan dili ilə yanaşı İngilis və Rus dillərində işgüzar ünsiyyət və yazılı kommunikasiya bacarığı ; Güclü analitik düşüncə və problem həll etmə bacarığı; Detallara yüksək diqqət; Komandada effektiv işləmək bacarığı; Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük. Əgər audit sahəsində peşəkar inkişafınızı davam etdirmək, müxtəlif biznes prosesləri üzrə praktiki təcrübə qazanmaq və peşəkar audit komandasında çalışmaq istəyirsinizsə, Gilan Holding komandasında sizi görməkdən məmnun olarıq.