Yüklənir...
Местоположение: Bakı
Vakansiyanın tələbləri: Təhsil: Ali; İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il; Müştəri xidmətləri, satış və ya borcların təqibi sahəsində təcrübə üstünlükdür Azərbaycan dili: səlis (yazı və danışıq), Rus və İngilis dili arzuolunandır; MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər; Güclü ünsiyyət və inandırma bacarığı; Səlis nitq və müştərilərlə düzgün kommunikasiya qurmaq bacarığı; Məsuliyyətlilik, səbir və nəticəyönümlülük Analitik təhlil etmə qabiliyyəti; Kollektivdə işləmək bacarığı. Vəzifə öhdəlikləri: Ödəniş gecikməsi olan müştərilərlə telefon vasitəsilə əlaqə saxlamaq; Müştərilərə gecikmiş ödənişlər barədə məlumat vermək və ödəniş etmələri üçün xatırlatmalar etmək; Ödəniş gecikmələrinin səbəblərini öyrənmək və müştəriləri ödənişə təşviq etmək; Müştərilərin ödəniş vədlərini qeyd etmək və icrasına nəzarət etmək; Görülən işlər və əldə olunan nəticələr barədə hesabatlar hazırlamaq; Müştərilərlə ünsiyyətdə şirkətin etik davranış qaydalarına riayət etmək İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.