Yüklənir...
Местоположение: Bakı
Təsvir Kənd təsərrüfatı texnikası parkının idarə olunmasını və səmərəli istifadəsini təmin etmək; İllik və mövsümi mexanikləşdirmə planlarını hazırlamaq və icrasına nəzarət etmək; Traktor, aqreqat və məhsul yığımı texnikalarının texniki xidmət və təmir proseslərini təşkil etmək; Texnikaların mövsüm öncəsi hazırlığını və mövsümsonu saxlanılmasını təmin etmək; Texnikaların mühərrik saatları, istifadə əmsalı və texniki vəziyyətinə nəzarət etmək; Ehtiyat hissələrinin tələbatını, uçotunu və ehtiyat səviyyələrini idarə etmək; Təmir mərkəzlərinin və texniki xidmət sahələrinin fəaliyyətini koordinasiya etmək; Mexanikləşdirmə üzrə büdcənin hazırlanmasını və xərclərə nəzarəti təmin etmək; Texnikaların məhsuldarlıq, istismar və təmir göstəricilərini təhlil etmək və hesabatlar hazırlamaq; Mexaniklər, texniklər və operatorlardan ibarət komandanı idarə etmək; Əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarət etmək; Aidiyyəti struktur bölmələr və təchizatçılarla koordinasiyanı təmin etmək. Tələblər Kənd təsərrüfatının mexanikləşdirilməsi, mexanika mühəndisliyi və ya əlaqəli sahədə ali təhsil; Sahə üzrə minimum 10 il iş təcrübəsi; Microsoft Excel və rəqəmsal hesabatlılıq üzrə biliklər; Azərbaycan dili biliyi, İngilis və ya Rus dili biliyi üstünlükdür; ERP proqramlarda işləmə bacarığı (1C) Kənd təsərrüfatı texnikası parkının və texniki xidmət proseslərinin idarə edilməsi üzrə təcrübə; Traktorlar, kənd təsərrüfatı aqreqatları və məhsul yığımı texnikaları üzrə praktiki biliklər; Profilaktik texniki xidmət, təmir və ehtiyat hissələrinin idarə edilməsi üzrə təcrübə; Komandanın idarə edilməsi və iş proseslərinin təşkili bacarığı; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Yanacaq dəstəyi Təlim dəstəyi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.