Yüklənir...
Местоположение: Bakı
Təsvir Mühasibat uçotunun qanunvericiliyə və daxili prosedurlara uyğun aparılması, bütün maliyyə əməliyyatlarının dəqiq və vaxtında sistemdə qeydiyyatı Kassa və bank əməliyyatlarının, nağd və nağdsız ödənişlərin, gündəlik bank çıxarışlarının uzlaşdırılması Kredit portfeli üzrə əməliyyatların uçotu: kreditlərin verilməsi, bağlanması, gecikmələrin izlənməsi, faiz və komissiya gəlirlərinin hesablanması, ehtiyatların formalaşdırılması Daxili və xarici auditlər üçün tələb olunan məlumatların və sənədlərin hazırlanması, audit prosesinin dəstəklənməsi Kredit portfeli üzrə mühasibat uçotunun aparılması və kredit məlumatlarının uçot sistemi ilə üzləşdirilməsi; Kredit portfeli üzrə Mərkəzi Banka və digər aidiyyəti qurumlara təqdim olunan hesabatların hazırlanmasında iştirak; Aylıq, rüblük vergi hesabatlarının hazırlanmasında və təqdim edilməsində iştirak Maliyyə əməliyyatlarında risklərin azaldılması üçün müvafiq nəzarət tədbirlərinin görülməsi və proseslərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi. Tələblər Minimum 3 il mühasibatlıq sahəsində iş təcrübəsi (BOKT, bank və ya maliyyə sektorunda təcrübə mütləqdir) Vergi Məcəlləsi və beynəlxalq mühasibat uçotu standartları üzrə biliklərə malik namizədlərə üstünlük verilir. Microsoft Office proqramları (xüsusilə Excel) ilə işləmə bacarığı. Vakansiya növü - Tam ştat İmtiyazlar Korporativ Mühit Bonus sistemi; Yığım sığortasına qoşulma imkanı Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.