Местоположение: Bakı
Tələblər: Müvafiq sahədə ali təhsil diplomu Minimum 3 il mühasib təcrübəsi olmalı (Consulting firmalarda olması arzuolunandır); Vergi və əmək məcəlləsini, AR qanunvericilik aktlarını və normativ hüquqi sənədləri bilməli; Müəssisədə mühasibat uçotunun forma və metodlarını, müxabirləşmələr etməyi bilməli; İlkin sənədləşmələri, əmək haqqı hesablanmasını, müxabirləşmələr etməyi, dövriyyə saldo cədvəllərini oxumağı bilməli; 1C 8.3 mühasibat proqramında mükəmməl, Office proqramları və elektron hesabat proqramlarında (BTP, EVHF, EQF, B1, statistika) yaxşı səviyyədə işləmə bacarığı olmalı; Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; Fikrini aydın izah etmək, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir; Vəzifələr: Sənədlərin (e-qaimə, bank əməliyyatlarının, əmək haqqı cədvəlinin və s.) 1C 8.3 proqramına işlənməsi; Mühasibat uçotu üzrə ilkin sənədləşmələri təşkil etmək; Vergi və mühasibat uçotunu aparmaq; Kassa, Bank əməliyyatlarını həyata keçirmək, qaimə və vergi hesab fakturaları yazmaq, qarşılıqlı hesablaşma və üzləşmə aktlarını tərtib etmək; Debitor və kreditor hesablaşmaları aparmaq; Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödənmək; Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.; Gündəlik və aylıq hesabatları tərtib etmək; Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika, Mənfəət vergisi hesabatlarını hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək. Ödənişləri nəzarətdə saxlamaq, "internet banking" vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək; Məxfilik prinsiplərini pozmamaq. Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla yerinə yetirmək;; Bizim təklif etdiklərimiz: Mehriban, dinamik və daim köməyə hazır komanda; 5 günlük iş rejimi; Korporativ nömrə və danışıq balansı; Şəxsi və peşəkar inkişaf; Ofisin mərkəzdə yerləşməsi; Əmək haqqı: 1200 AZN (artan). Uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.