Местоположение: Bakı
Təsvir İşə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək göstərilməsi; Vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və namizədlərin axtarış prosesində iştirak edilməsi; Namizədlərin ilkin qiymətləndirilməsi və vakansiya tələblərinə uyğun namizədlərin müəyyənləşdirilməsinə dəstək göstərilməsi; Namizədlərlə ilkin əlaqənin yaradılması, müsahibələrin planlaşdırılması və koordinasiyası; Namizəd bazasının və ATS sistemindəki məlumatların mütəmadi olaraq yenilənməsi; Müsahibə və qiymətləndirmə proseslərinin təşkilində iştirak edilməsi; İşə qəbul üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi; İşə qəbul şöbəsinin gündəlik fəaliyyətində və digər HR layihələrinin həyata keçirilməsində iştirak edilməsi. İş şəraiti: İş qrafiki: Həftədə 5 iş günü; İş rejimi: Part-time (natamam iş günü). Tələblər Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli sahələr); İşə qəbul sahəsinə və İnsan Resursları istiqamətində karyera qurmağa yüksək maraq; Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları; Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, rus və ya ingilis dillərindən ən azı birini yüksək səviyyədə yazılı və şifahi bilmək; MS Office proqramlarından yaxşı istifadə bacarığı; Dinamik iş mühitində işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı. Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və ödənişlidir. Proqrama yalnız bakalavriat üzrə sonuncu kurs tələbələri və magistratura üzrə I–II kurs tələbələri müraciət edə bilərlər. Vakansiya növü - Yarım ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.