Problemli kreditlər üzrə mütəxəssis - Kredit Evi ASC

Местоположение: Bakı

Tələblər:    Ali və ya orta ixtisas təhsili; Səlis Azərbaycan dili; Yaş həddi: 21-30 yaş; Səbrli, təmkinli, gülərüz, nəzakətli, səbrlə dinləyə bilən, stresə davamlı və ünsiyyət qurma bacarığı; Microsoft Word və Excel proqramların yaxşı səviyyədə istifadəsi bacarığı. Vəzifə öhdəlikləri:  Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi; Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması; Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi; Kredit ödənişlərinin həyata keçirilməsini təmin etmək; Portfelə daxil olmuş borcalanların sistemdə qeyd edilmiş əlaqə nömrələrinin aktiv olub – olmadığını müəyyənləşdirilməsi; Sorğu və hesabat formalarını təşkil etmək; Problemli kreditlərin sağlamlaşdırılması istiqamətində digər tədbirlər görmək ; Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək. Bizim sizə təklifimiz: Müasir idarəetmə sistemi və mehriban kollektiv; Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti; Gələcək karyeranızın qurulması üçün geniş şərait. Əgər təklifimiz sizə maraqlıdırırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiz. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Problemli kreditlər üzrə mütəxəssis). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.