Yüklənir...
Местоположение: Bakı
Зарплата: 1800-2500
Vəzifə öhdəlikləri: Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi; Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi; Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması; Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi; Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi; Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi; Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi; Kassa əməliyyatlarına nəzarət edilməsi; Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin edilməsi; Təchizat və inventarın idarə edilməsi; İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi; İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi; Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi; İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi; Daxili qaydaların, xidmət standartlarının və şirkət prosedurlarının bütün heyət tərəfindən icra olunmasına nəzarət edilməsi; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi; Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması; Anbar sayımlarında iştirak edilməsi. Kvalifikasiya tələbləri: Təhsil: Ali təhsil; İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi. Tələb olunan bilik və bacarıqlar: Restoran əməliyyatlarının idarə olunması bacarığı; Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər; Müvafiq proqram təminatları ilə işləmək bacarığı; Gigiyena və sanitariya standartları (HACCP əsasları); Liderlik və komanda idarəetmə bacarığı; Müştəriyönümlü yanaşma və ünsiyyət qabiliyyəti; Problem həll etmə və operativ qərarvermə bacarığı; Detallara diqqə etmə bacarığı; Ofis proqramları ilə işləmə bacarığı; Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür. Təklif edirik: Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + Satışdan faiz); Əlavə olaraq KPI üzrə bonuslarla yüksək gəlir imkanı; İş qrafiki: 6 günlük iş qrafiki; Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verən namizədlər “Jooble.az - Restoran Meneceri” başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 070 751 51 80 nömrəsinə WhatsApp vasitəsi ilə göndərə bilərlər. e-mail: vakansiya@laligalounge.az