Yüklənir...
Местоположение: Bakı
Madina Group MM MMC Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İş şəraiti İş yeri: Bakı şəhəri İş rejimi: Tam iş günü (5 gün) İş saatları: 09:00 – 18:00 Nahar fasiləsi: 13:00 – 14:00 Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək Vəzifə öhdəlikləri Şirkətin illik büdcəsinin, maliyyə planlarının və pul vəsaitlərinin hərəkəti proqnozlarının hazırlanmasında iştirak edilməsi; Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlil edilməsi, faktiki göstəricilərin büdcə və proqnozlarla müqayisə olunması; Rəhbərlik üçün idarəetmə hesabatlarının, analitik arayışların və təqdimatların hazırlanması; Gəlir, xərc, mənfəətlilik, likvidlik və digər əsas maliyyə göstəricilərinin təhlil edilməsi; Debitor və kreditor borclarının, ödəniş qrafiklərinin və pul axınlarının izlənilməsi; Bank əməliyyatlarının, ödəniş tapşırıqlarının və gündəlik maliyyə hərəkətlərinin icrasında iştirak edilməsi; Müqavilələrin maliyyə şərtlərinin yoxlanılması, ödəniş və hesablaşmalar üzrə sənədlərin düzgünlüyünə nəzarət edilməsi; Yeni layihələr və investisiya təşəbbüsləri üzrə maliyyə modellərinin və iqtisadi səmərəlilik hesablamalarının hazırlanması; Maliyyə məlumatlarının tamlığının və düzgünlüyünün təmin edilməsi üçün mühasibatlıq və digər struktur bölmələri ilə koordinasiyalı işlənilməsi; Audit və yoxlama prosesləri üçün tələb olunan maliyyə məlumatlarının və təsdiqedici sənədlərin hazırlanması; Maliyyə proseslərinin optimallaşdırılması, daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və xərclərə qənaət imkanları üzrə təkliflərin verilməsi. Namizədə tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Maliyyə, büdcələmə və ya maliyyə təhlili sahəsində minimum 3 il iş təcrübəsi; Büdcələmə, maliyyə modelləşdirilməsi və idarəetmə hesabatlarının hazırlanması üzrə praktiki biliklər; Maliyyə hesabatları və beynəlxalq maliyyə hesabatı standartları (MHBS/IFRS) üzrə baza bilikləri; MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmə bacarığı; 1C və ya digər ERP proqramları üzrə təcrübə üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlükdür; Güclü analitik düşünmə, dəqiqlik, məsuliyyət, vaxtın idarə edilməsi və komandada işləmə bacarıqları. Göstərilən tələblərə cavab verən namizədlərin CV-lərini “Maliyyə mütəxəssisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.