Yüklənir...
Местоположение: Bakı
Vəzifə öhdəlikləri Ofisin gündəlik inzibati fəaliyyətini təşkil və koordinasiya etmək; Qonaqların qarşılanmasını, yönləndirilməsini və zəruri hallarda qeydiyyatını təşkil etmək; Daxil olan zəngləri və elektron müraciətləri qəbul edərək aidiyyəti üzrə yönləndirmək; Görüş və iclasların təşkilini, otaqların, materialların və texniki vasitələrin hazırlığını təmin etmək; Ofis ləvazimatlarına və gündəlik istehlak materiallarına olan ehtiyacları izləmək, təsdiq olunmuş sifariş və çatdırılmaları koordinasiya etmək; Ofis avadanlıqlarının və rabitə vasitələrinin texniki xidmət ehtiyaclarını izləmək, nasazlıqların aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək; Daxil olan və gedən sənədlərin qəbulunu, qeydiyyatını və yönləndirilməsini, poçt və kuryer göndərişlərini təşkil etmək; Sənədlərin çapı, skan edilməsi, surətinin çıxarılması və komplektləşdirilməsi üzrə əməkdaşlara inzibati dəstək göstərmək; Əməkdaşlara verilən inventar və avadanlıqların təhvil-təslim prosesini rəsmiləşdirmək və müvafiq uçotu aparmaq; Ofisin ümumi istifadə sahələrində təmizlik və səliqəni izləmək, zəruri xidmətləri koordinasiya etmək; İnzibati xərclərə dair hesab, qəbz və digər sənədləri toplayaraq maliyyə şöbəsinə təqdim etmək; Rəhbərliyin əmək funksiyasına uyğun qanuni təşkilati tapşırıqlarını yerinə yetirmək, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və məxfilik qaydalarına riayət etmək. Namizədə tələblər Ali təhsil; Ofis idarəçiliyi və ya inzibati dəstək sahəsində iş təcrübəsi üstünlükdür; Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı; Rus və ingilis dillərini bilmək üstünlükdür; MS Office proqramları, elektron poçt və ofis avadanlıqları ilə sərbəst işləmək bacarığı; Sənəd dövriyyəsi, işgüzar ünsiyyət və görüşlərin təşkili üzrə biliklər; Yüksək təşkilatçılıq, operativlik, dəqiqlik və işləri prioritetləşdirmək bacarığı; Məsuliyyətli yanaşma, işgüzar etika və məxfilik prinsiplərinə riayət etmək. Təklif edilir Beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edən şirkətdə iş təcrübəsi; Fərdi inkişaf planı çərçivəsində təlim və peşəkar inkişaf imkanları; İş qrafiki: həftədə 5 iş günü, 09:00–18:00; Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən edilir. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.